Balını yoxla

Ekologiya

Ekologiya ixtisası 11 universitetdə 12 proqram üzrə tədris olunur. 2025 keçid balları: 150 – 396,2 bal.

11universitet
396,2ən yüksək keçid
150ən aşağı keçid
9dövlət sifarişli proqram

Ekologiya — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 112662
Əyani 396,2 396,2
Bakı Dövlət Universiteti
Əyani · 112646
Əyani 349,9 349,9
Mingəçevir Dövlət Universiteti
Əyani · 149615
Əyani 322,1 150
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123824
Əyani 314,7 314,7
Lənkəran Dövlət Universiteti
Əyani · 151623
Əyani 312,4 150
Qərbi Kaspi Universiteti
Əyani · 157626
Əyani 290 290
Sumqayıt Dövlət Universiteti
Əyani · 148716
Əyani 284,2 236,7
Odlar Yurdu Universiteti
Əyani · 164519
Əyani 269,6 263,9
Gəncə Dövlət Universiteti
Əyani · 145613
Əyani 265,3 211,5
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154459
Əyani 185,4
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144633
Əyani 150
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147541
Əyani 150

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Ekologiya ixtisası haqqında

hands-with-planet-earth-earth_1232-1075

İxtisasın qısa təsviri

Ekologiya canlı və cansız təbiət arasındakı qarşılıqlı əlaqəni öyrənən elmdir. Ekologiya elmi ətraf mühitin qorunması, ekoloji təmizliyin təmin edilməsi ilə yanaşı, torpağın genizisini öyrənir, torpaq üçün daha yaxşı şəraitin yaradılması, təbii bitki və məhsulların səmərəliliyinin yüksəlilməsi kimi məsələləri də özündə cəmləyir. Ekologiya həm də kimya və biologiya ilə sıx əlaqəlidir və əksər hallarda fənlərarası bir elmdir. Ekologiyanın struktur hissəsi təbiətin və bioloji müxtəlifliyin qorunması prosesidir. Müasir dünyada atmosferin və təbiətin vəziyyətini nəzərə alaraq, bu mütəxəssislərin bilik və təcrübələrinə qoyulan tələblər kimi ekoloji peşənin əhəmiyyəti hər il artır. Ekoloqlar, məsələn, göllərin niyə quruduğunu və ya sakinlərinin öldüyünü başa düşməyə və izah etməyə çalışırlar. Torpağın, suyun, havanın vəziyyətini, həmçinin sənaye istehsalının insanlara, bitkilərə, heyvanlara təsir dərəcəsini öyrənirlər. Ekoloqlar çirklənmə dərəcəsini müəyyənləşdirir, səbəblərini təhlil edir və gələcəkdə vəziyyətin proqnozunu verirlər. Ekoloq həm ətraf mühit təşkilatlarında, həm səhiyyə, həm də təhsil müəssisələrində işləyə bilər. İxtisas fizika, kimya, biologiya və coğrafiya ilə maraqlananlar üçün uyğundur.

Peşənin tarixi

Ekologiyanın elm kimi formalaşması XIX əsrin sonlarına təsadüf edir. Ekologiya terminini elmə ilk dəfə 1866 – cı ildə alman bioloqu Ernst Hekkel “Orqanizmin ümumi morfologiyası” («Generelle Morphologie der Organismen») əsərində işlətmiş, bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz “evində” öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya formalaşmışdır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Ətraf mühitin qorunması bölmələrində iqtisadi sektorların inkişafı üçün dövlət proqramlarının hazırlanmasında iştirak etmək;Ətraf mühit qaydalarının inkişaf etdirilməsi;
  • Ətraf mühitə təsirin qiymətləndirilməsində və eko-auditdə iştirak etmək;
  • Material toplamaq və ətraf mühitin çirklənməsi səviyyəsini laboratoriya tədqiqatları aparmaq;
  • Təbii ehtiyatlardan səmərəli istifadə və texnoloji tullantıların təhlükəsiz emalı / atılması yollarının axtarışı;
  • Müəssisələrin ekoloji pasportunun hazırlanmasında iştirak etmək;
  • Ətraf mühitin monitorinqində iştirak etmək;
  • Ekologiya sahəsində tədqiqat işlərində iştirak etmək;
  • Ətraf mühitin qorunması ilə bağlı əhali arasında maarifləndirmə işini təşkil etmək;
  • Beynəlxalq standartlara uyğunluğu baxımından dizayn, əvvəlcədən sənədləşdirmə işlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsində iştirak etmək;
  • Tədqiqat nəticələrinin istehsalatda tətbiqinə kömək etmək;
  • Ekoloji hesabatların yaradılması;
  • Ekoloji hadisələrə fövqəladə cavab tədbirlərinin hazırlanması;
  • Ekoloji qəzaların araşdırılması;
  • Dövlət orqanlarında ətraf mühitin mühafizəsinə dair normativ aktların hazırlanması və təsdiqlənməsi;
  • Ətraf mühitin mühafizəsinin optimal şəkildə təmin edilməsi;
  • Ekoloji pozuntuların müəyyən edilməsi və onun həlli;
  • Ətraf mühitin təhlükəsizliyi prosedurları haqqında heyətin davamlı məlumatlandırılması.

Harada bu ixtisasa sahiblənmək olar

  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Azərbaycan Koorperasiya Universiteti
  • Bakı Dövlət Universiteti
  • Qərbi – Kaspi Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Odlar Yurdu Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  • Torpaqşünaslıq İnstitutu
  • Kimya İnstitutu
  • Biologiya İnstitutu
  • Mikrobiologiya İnstitutu
  • BP
  • SOCAR
  • Sumqayıt Texnologiyalar Parkı (STP)
  • Ekomonitorinq MMC
  • AZERGOLD QSC
  • GMR İnternational

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Analitik düşüncə bacarığı;
  • Qeyri – adi vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • Kompüter simulyasiya bacarıqlarına sahib olmaq;
  • Elmi yaradıcılıq bacarığı;
  • Detallara diqqət;
  • Məsuliyyətlilik
  • Inkişafa meyillilik
  • Təşkilatçılıq
  • Düzgün qərarvermə
  • Prioritetləşdirmə
  • Stressə davamlılıq;
  • Ehtiyatlılıq, məsuliyyət, dəqiqlik;
  • Tədqiqat bacarıqları;
  • Optimallaşdırma bacarığı;
  • Dil bilikləri;

Bu sahənin gələcəyi

Sənaye müəsisələrinin və insan sayının kəskin artımı ekoloji tarazlığın pozulmasına səbəb olur. Buna görə də baş verə biləcək bütün mümkün mənfi halların nəzərə alınması və həlli yollarının araşdırılması aktual mövzu olaraq qalacaqdır.

Bu ixtisas üzrə maaşlar

  • Dövlət müəsisələri: 300 – 800 AZN
  • Özəl müəsisələr: 500 – 1200 AZN.

İxtisas sahibi ilə qısa video (növbəti mərhələdə edəcəyik)

Bu mövzu üzrə materiallar v məqalələr (növbəti mərhələdə edəcəyik)

Tez-tez verilən suallar

Ekologiya ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Ekologiya ixtisası üzrə keçid balları 150 ilə 396,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 396,2 baldır.

Ekologiya ixtisası hansı universitetlərdə var?

Ekologiya ixtisası 11 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti.

Ekologiya hansı qrupa aiddir?

Ekologiya 4-cü qrup (Tibb və biologiya) ixtisaslarına daxildir. İmtahan fənləri: Biologiya ×1,5, Kimya ×1,5, Fizika ×1.

Ödənişli əsasda Ekologiya ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Ekologiya ixtisasına ən aşağı keçid balı 150 olub. Ödənişli yerlər 12 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂