Balını yoxla
III qrup · Humanitar Qiyabi də var

Tarix ixtisası

Tarix ixtisası ixtisası 9 universitetdə 15 proqram üzrə tədris olunur. 2025 keçid balları: 260,4 – 562,1 bal.

9universitet
562,1ən yüksək keçid
260,4ən aşağı keçid
7dövlət sifarişli proqram

Tarix ixtisası — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 112379
Əyani 562,1 562,1
Qərbi Kaspi Universitetitədris ingilis dilində
Əyani · 157529
Əyani 554,2 260,4
Bakı Dövlət Universiteti
Qiyabi · 112354
Qiyabi 530,4 397,1
Naxçıvan Dövlət Universiteti
Əyani · 142649
Əyani 523,6 373,5
Bakı Dövlət Universiteti
Əyani · 112346
Əyani 520,9 475,3
Gəncə Dövlət Universiteti
Əyani · 145492
Əyani 520,7 402,2
Sumqayıt Dövlət Universiteti
Əyani · 148619
Əyani 418
Qarabağ Universiteti
Əyani · 152352
Əyani 379,1
Azərbaycan Universiteti
Əyani · 155447
Əyani 375,6
Mingəçevir Dövlət Universiteti
Əyani · 149575
Əyani 368,6
Bakı Dövlət UniversitetiQazax filialı
Əyani · 112824
Əyani 324,9
Bakı Dövlət UniversitetiQazax filialı
Qiyabi · 112832
Qiyabi 320,8
Qərbi Kaspi Universiteti
Əyani · 157537
Əyani 308,6
Bakı Qızlar Universiteti
Əyani · 163214
Əyani 306,7
Naxçıvan Dövlət Universiteti
Qiyabi · 142657
Qiyabi 294,8

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Tarix ixtisası ixtisası haqqında

İxtisasın təsviri

Tarix yazılı sənədlərdə də göstərildiyi kimi keçmişin tədqiqi və bu günün sabaha düzgün ötürülməsi ilə əlaqəli olan ixtisasdır. Tarix ayrıca keçmiş hadisələri təhlil etmək və bunların hamısını təyin edən səbəbləri araşdıran maraqlı ixtisasdır. Tarix zamanla dəyişikliyin öyrənilməsidir və insan cəmiyyətinin bütün sahələrini əhatə edir. Qeyd etmək lazımdır ki, bu ixtisas genişsahəlidir. Siyasi, sosial, iqtisadi, elmi, texnoloji, tibbi, mədəni, intellektual, dini və hərbi inkişaflar tarixin bir hissəsidir. Çox vaxt peşəkar tarixçilər tarixin müəyyən bir istiqaməti, müəyyən bir dövrü, tarixə müəyyən bir yanaşma və ya müəyyən bir coğrafi bölgədə ixtisaslaşma ilə maraqlanırlar.

İxtisasın tarixi

Tarix ixtisası qədimliyi, keçmişi və bu günə nəzərən gələcəyi öyrənən elm sahəsidir. Keçmiş zamanlardan indiyə qədər bu ixtisasa maraq var. Tədris olunduğu universitetlərdə hər zaman aktuallığı ilə seçilib.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

Bu ixtisas elə bir ixtisasdır ki, sahələri genişdir. Tarix ixtisasını oxuyan şəxs bu işlərlə məşğul ola bilər:

  • arxeoloji qazıntılar ilə
  • numizmatika ilə
  • siyasət ilə
  • arxiv araşdırmaları ilə
  • muzey işləri ilə
  • ölkənin mədəni-irsi mədəniyyətlərinin öyrənilməsi ilə
  • məktəblərdə və universitetlərdə müəllim

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Universiteti
  • Bakı Dövlət Universiteti
  • Qərbi Kaspi Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Elmi-tarixi qoruqlarda
  • Tam orta məktəbdə müəllim
  • Universitetdə müəllim
  • AMEA-da
  • Elmi-tədqiqat mərkəzlərində
  • Muzeylərdə
  • Tarix ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq tarix fənnini tədris edə bilər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar(kompetensiyalar)

  • Araşdırmaçı
  • Səbirli
  • Məsuliyyətli
  • Punktuallı
  • Obyektiv
  • Tarixə həvəsi olmalı
  • Tarixi faktları dərindən bilməli
  • Daim öyrənmə həvəsli

İxtisasın gələcəyi

Keçmişin hər zaman öyrənilməsi sivilizasiyanın əsas maraqlarından biri olub. Gələcəkdə də həmçinin keşmiş maraqlı olacaq. Keşmişin öyrənilməsi və ona nəzərən indiki və gələcək zamanın öyrənilməsi perspektivlidir. Ona görə də Tarix ixtisasının sahələrindən asılı olaraq, bu sahənin gələcəyi parlaqdır.

Əmək haqqı

Bu ixtisasın sahələrindən asılı olaraq, əmək haqqı 250-1800 manat aralığında təşkil edir.

Tez-tez verilən suallar

Tarix (Qazax filialı) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Tarix (Qazax filialı) ixtisası üzrə keçid balları 260,4 ilə 562,1 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 562,1 baldır.

Tarix (Qazax filialı) ixtisası hansı universitetlərdə var?

Tarix (Qazax filialı) ixtisası 9 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Universiteti, Mingəçevir Dövlət Universiteti, Bakı Qızlar Universiteti.

Tarix (Qazax filialı) hansı qrupa aiddir?

Tarix (Qazax filialı) 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Tarix (Qazax filialı) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Tarix (Qazax filialı) ixtisasına ən aşağı keçid balı 260,4 olub. Ödənişli yerlər 14 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂