Beynəlxalq Sosial İşçilər Federasiyası (BSİF) tərəfindən sosial iş üçün müxtəlif illərdə aşağıdakı təriflər qəbul etmişdir:
1957- ci il – Sosial iş, insanların və qrupların cəmiyyətə daha yaxşı uyğunlaşmaları üçün göstərilən köməyin sistematik bir yoludur. Sosial işçi, cəmiyyətə dəyişiklik gətirmək məqsədinə kömək etmək üçün müştərilərin daxili resurslarını və lazım gələrsə, kənar stimullarını təkmilləşdirməkdə onlarla birgə işləyir. Belə ki, sosial iş, cəmiyyətdə daha böyük harmoniya yaratmaq məqsədinə töhfə verməyə çalışır. Digər peşələr kimi, sosial iş də, mütəxəssis biliyinə, habelə müəyyən prinsip və bacarıqlara əsaslanır.
2000-ci il – Sosial iş, rifahı artırmaq üçün sosial dəyişikliyi, insan münasibətlərində problemlərin həllini, habelə insanların səlahiyyət və azadlıqlarını dəstəkləyir. İnsan davranışı və sosial sistemlərlə bağlı nəzəriyyələrdən istifadə edərək sosial iş, insanların ətraf mühitlə qarşılıqlı əlaqədə olduğu məqamlara müdaxilə edir. İnsan haqları və sosial ədalət prinsipləri sosial işin əsasını təşkil edir.
2014-cü il – Sosial iş, təcrübəyə, o cümlədən sosial dəyişikliyi və inkişafı, sosial birliyi, habelə insanların səlahiyyət və azadlıqlarını dəstəkləyən akademik tədrisə əsaslanan bir peşədir. İnsan haqları, sosial ədalət, kollektiv məsuliyyət, eləcə də müxtəlifliyə hörmət prinsipləri, sosial işin mərkəzində dayanır. Sosial iş və sosial elmlərlə bağlı nəzəriyyələrin, habelə humanitar və instinktiv biliyin dəstəklədiyi sosial iş, insanlarla, habelə həyat problemlərinin həllinə və rifahın artırılmasına ünvanlanan strukturlarla məşğul olur.
Sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir.
Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrə (yaşlılar, əlillər, ailə mühitindən məhrum olmuş uşaqlar, QİÇS-ə yoluxmuş insanlar, qanunla münaqişədə olan insanlar, risk qruplarına aid digər şəxslər) həm bilavasitə yardım edərək onların qarşılaşdıqları problemlərin qarşısını almağa çalışırlar, həm də bu təbəqələrinin maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiə edilməsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər.
Sosial işçinin çalışdığı qruplar:
Sosial iş peşə kimi XIX əsrin sonlarında yaranmışdır. Sosial işin peşə kimi yaranmasının şərtləri aşağıdakı kimidir:
Sosial işin əsas fəaliyyət sahələri:
Sosial iş sahəsi ölkəmiz üçün yeni olsa da bu qısa müddət ərzində bir sıra irəlləyişlər əldə edilib. Sosial iş ilk başladığı dövr sadəcə qeyri – hökumət təşkilatları çərcivəsində həyata keçirilsə də, artıq dövlər səviyyəsində sosial işçinin statusu tanınıb, AR Sosial Xidmətlər Haqqında Qanunda sosial işçinin kim olduğu qeyd olunub. Dövlət müəssisələrində əhalinin həssas qrupu ilə iş prosesində sosial işçilərin rolu xüsusi vurğulanır. Buna misal olaraq ölkəmizdə sonuncu açılan DOST agentliyində sosial iş vakant yerlərini göstərmək olar. Bu göstəricilər sosial iş peşəsinin ölkəmizdə sürətlə və bundan sonra əhalinin həssas təbəqəsinin rifahının yaxşılaşdırılmasında rolunun artacağını göstərir.
Sosial işçi olaraq dövlət və qeyri-dövlət təşkilatlarında çalışmağınıza görə əmək haqqı da fərqli olur. Adətən, hər iki sektorda məvaciblər təxminən 450-1500 AZN aralığında dəyişir.