Balını yoxla

Biologiya

Biologiya ixtisası 6 universitetdə 9 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 542,2 bal.

6universitet
542,2ən yüksək keçid
200ən aşağı keçid
9dövlət sifarişli proqram

Biologiya — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 112598
Əyani 542,2 542,2
Bakı Dövlət Universiteti
Əyani · 112573
Əyani 493,5 493,5
Qərbi Kaspi Universitetitədris ingilis dilində
Əyani · 157594
Əyani 404 404
Qərbi Kaspi Universiteti
Əyani · 157618
Əyani 366,2 366,2
Naxçıvan Dövlət Universiteti
Əyani · 142779
Əyani 364,8 364,8
Gəncə Dövlət Universiteti
Əyani · 145581
Əyani 348,2 200
Gəncə Dövlət Universiteti
Əyani · 145598
Əyani 345,5 200
Odlar Yurdu Universiteti
Əyani · 164495
Əyani 339,6 315,7
Sumqayıt Dövlət Universiteti
Əyani · 148692
Əyani 335,4 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Biologiya ixtisası haqqında

İxtisasın qısa təsviri

Biologiya (Bioscanlı, logoselm) canlı təbiət haqqında kompleks elmdir. Hal-hazırda Yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrənir. Biologiya həyata xas olan ümumi və xüsusi qanunauyğunluqları müəyyən edir. Biologiyanın çoxlu bölmələrinin olmasına baxmayaraq, qanunauyğunluqlar, əsasən, ümumi biologiya tərəfindən tədqiq edilir. Ümumi Biologiya özündə, əsasən, Yer üzərində həyatın əmələ gəlməsi haqqında nəzəriyyəni, Hüceyrə haqqında nəzəriyyəni (Sitologiyanı), molekulyar biologiyanı, insan haqqında nəzəriyyəni, ekologiyanı, genetikanı, biosfer haqqında nəzəriyyəni, təkamül nəzəriyyəsini (Darvinizmi), orqanizmin individual inkişafını öyrənir.Bioloqlar elmi tədqiqat işləri aparır, nəzəriyyələri, konsepsiyaları və metodları təkmilləşdirir və inkişaf etdirir, biologiya, mikrobiologiya, bakteriologiya, sitologiya, genetika, zoologiya, botanika, ekologiya ilə, xüsusilə tibb və kənd təsərrüfatı sahəsində əlaqədar elmi biliklərin praktiki tətbiqi ilə məşğul olurlar.

Canlıların və onların həyatı proseslərinin öyrənilməsi sahəsində bütün fiziki aspektləri ilə məşğul olurlar. Fənlərarası araşdırmalara, elmi biliklər və müxtəlif sahələrə istiqamətlənmiş müasir tendensiya biologiya sahəsinin digər elm fənlər ilə əhəmiyyətli dərəcədə üst-üstə düşməsinə səbəb oldu. Digər sahələrin, məsələn, kimya, tibb və fizikanın müasir prinsipləri biokimya, biotibb və biofizika kimi sahələri biologiya ilə birləşdirilmişdir.Canlıların və onların həyatı proseslərinin öyrənilməsi sahəsində bütün fiziki aspektləri ilə məşğul olurlar. Fənlərarası araşdırmalara, elmi biliklər və müxtəlif sahələrə istiqamətlənmiş müasir tendensiya biologiya sahəsinin digər elm fənlər ilə əhəmiyyətli dərəcədə üst-üstə düşməsinə səbəb oldu. Digər sahələrin, məsələn, kimya, tibb və fizikanın müasir prinsipləri biokimya, biotibb və biofizika kimi sahələrdə biologiya ilə birləşdirilmişdir. Kimya və biologiya ilə maraqlananlar üçün uyğun sahədir.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • insan, heyvan və bitki nümunələrinin yeniləşdirilməsi və təsnifatı, onların əmələ gəlməsinin, inkişafının, kimyəvi və fiziki formalarının, strukturunun, tərkibinin, həyatının və reproduktiv proseslərin öyrənilməsi yolu ilə həyatın bütün formalarının öyrənilməsi üzrə laboratoriya təcrübələrinin aparılması;
  • bakteriyalar və viruslar kimi mikroorqanizmlərin strukturu, inkişafı və xarakteristikası ilə əlaqədar öyrənilmə və təcrübələrin aparılması;
  • irsi xarakteristikanın əmələ gəlməsi, inkişafı və keçməsi ilə əlaqədar məsələlərin öyrənilməsi və təcrübələrin aparılması;
  • canlı aləmin bütün formalarının öyrənilməsi, kənd təsərrüfatı və tibb kimi sahələrdə praktiki tətbiqinin işlənib hazırlanması;
  • canlı aləmin strukturu və fəaliyyəti, fiziki və kimyəvi amillərin normal və qeyri-normal hüceyrələrə təsirinin öyrənilməsi və təcrübələrin aparılması;
  • Profilinə uyğun olaraq hər hansı bir bioloji ehtiyata aid qiymətləndirmələr, müayinələr, biomonitorinq keçirmək;
  • Bioloji istehsal proseslərinə nəzarət və idarəetmə;
  • Təbiətin qorunmasına, bioloji ehtiyatların səmərəli istifadəsinə və qorunan və nadir növ bioloji obyektlərin yenilənməsinə yönəlmiş tədbirlərin təşkili və həyata keçirilməsi;
  • Laboratoriya, sahə bioloji tədqiqatlarının, ekspedisiyaların təşkili və aparılması;
  • elmi sənədlərin və hesabatların hazırlanması;

Harada bu ixtisasa sahiblənmək olar

  • Bakı Dövlət Universiteti (tədris Azərbaycan, İngilis dili üzrə)
  • Gəncə Dövlət Universiteti
  • Qərbi Kaspi Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Odlar Yurdu Universiteti
  • Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

  • Farmokologiya (əzaçılıq)
  • Neft sektorunda-təbiətin mühafizəsi, zəhərli tullantılara qarşı mübarizə üçün, (magistr)
  • Biokimya (magistr)
  • Kənd təsərrüfatı sahələri
  • Zavodlar
  • Məktəblər (İxtisas artırmaqla – Azərbaycan Pedoqoji Universiteti,. Bakı Dövlət Universitetlərində müəllimlik ixtisası üzrə təhsil almaq)
  • Abituriyent hazırlığı kursları

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) bilməlidir;
  • Laboratoriya işi haqqında məlumatlı olmaq;
  • Təqdiqat bacarığı;
  • Ünsiyyət qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Güclü yaddaş;
  • Analitik düşüncə;
  • Sensor sistemlərin qüsursuz işləməsi: qoxu, görmə, eşitmə;
  • Məsulliyətli olmaq;
  • Yüksək müşahidə qabiliyyəti və diqqətini cəmləşdirmək bacarığı;
  • Yaradıcılıq qabiliyyəti;
  • Fiziki dözümlülük;
  • Tədqiq olunan təbiət obyektlərinə böyük maraq;

Bu sahənin gələcəyi

Hazırda gen mühəndisliyi, mikrobiologiya, genetika və s. kimi sahələr inkişaf edir və müasir dövrün ən tələb olunan ixtisaslardır. Bu ixtisaslara yiyələnmək üçün biologiya kimi ixtisasların bakalavr dərəcəsinə yiyələnmək lazımdır. Ona görədə ixtisas indi və gələcəkdə vacib olan sahədir.

Bu ixtisas üzrə maaşlar

İxtisas sahibinin öz biliklərindən və bacarığından asılı olaraq dəyişir. Ümumi olaraq maaş 300-500 azn ola bilir. Əgər yüksək İKT, laboratoriya bacarıqları, dil biliyi varsa, neft sənayəsində, tibb sahəsində, ali təqdiqat sahəsində çalışıb 2000-3000 azn maaş aylıq olaraq əldə edə bilər.

Tez-tez verilən suallar

Biologiya (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Biologiya (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 200 ilə 542,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 542,2 baldır.

Biologiya (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Biologiya (tədris ingilis dilində) ixtisası 6 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti.

Biologiya (tədris ingilis dilində) hansı qrupa aiddir?

Biologiya (tədris ingilis dilində) 4-cü qrup (Tibb və biologiya) ixtisaslarına daxildir. İmtahan fənləri: Biologiya ×1,5, Kimya ×1,5, Fizika ×1.

Ödənişli əsasda Biologiya (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Biologiya (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 9 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂