Balını yoxla
III qrup · Humanitar Qiyabi də var

Kitabxanaçılıq və informasiya fəaliyyəti

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası 4 universitetdə 6 proqram üzrə tədris olunur. 2025 keçid balları: 259,7 – 452,4 bal.

4universitet
452,4ən yüksək keçid
259,7ən aşağı keçid
4dövlət sifarişli proqram

Kitabxanaçılıq və informasiya fəaliyyəti — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Naxçıvan Dövlət Universiteti
Əyani · 142624
Əyani 452,4 273,8
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Əyani · 134143
Əyani 416,1 315,7
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 112119
Əyani 412,3 412,3
Bakı Dövlət Universiteti
Əyani · 111999
Əyani 412 334,2
Naxçıvan Dövlət Universiteti
Qiyabi · 142632
Qiyabi 263,9
Naxçıvan Müəllimlər İnstitutu
Əyani · 143597
Əyani 259,7

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası haqqında

İxtisasın qısa təsviri

Kitabxanaçılıq ən qədim sahələrdən biridir. Hazırda informasiya cəmiyyətinə keçid fonunda kitabxana işində informasiya kommunikasiya texnologiyalarının tətbiqinin geniş imkanlara malik olması “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə ixtisaslaşmış kadrlara ehtiyac yaranmışdır. Bu ixtisas məzunları kitabxanaların qurulması və istifadəsi ilə bağlı xidmətlər göstərilməsi üzrə ixtisaslaşırlar. Kitabxanaçı kitabxana fondunun mənimsənilməsində, kataloqlar, arayış və məlumat fondlarının yaradılmasında, ədəbiyyatın və oxunuşun populyarlaşmasında iştirak edən və əlbəttə ki, kitabxana ziyarətçilərinə xidmət edən bir kadrdır. Bu ixtisas sahiblərinə zəka və erudisiyanın əhəmiyyəti daha çoxdur, çünki bu mütəxəssislər yaxşı oxumalı və hər hansı bir istiqamətə aid məlumatları tapmaq üçün ən optimal variantları seçməyi bacarmalıdır.

Peşənin tarixi

Kitabxanaçılıq – informasiya fakültəsi Kitabxanaçılıq şöbəsi kimi 1947- 48 – ci tədris illərində BDU-nun Filologiya fakültəsinin nəzdində təşkil olunmuş, bununla da Azərbaycanda ali kitabxanaçılıq təhsilinin əsası qoyulmuşdur. 2003 – cü ildə isə Kitabxanaçılıq fakültəsinin adı dəyişdirilərək Kitabxanaçılıq və İnformasiya fakültəsi olmuşdur. Dünyada isə 1960 – cı ilin sonlarına qədər yalnız “kitabxanaçılıq” ixtisası üzrə ali səviyyədə deyil əsasən təlimlər və.s formada təhsil geniş yayılmışdır. 1964 – cü ildə isə ixtisasın adına” informasiya” sözü də əlavə edilmişdir. Bunu edən ilk universitet isə Pitsburq universiteti olmuşdur

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • İstifadəçilərin kitabxananın müxtəlif resursları ilə tanış edilməsi;
  • Kitabxanaya daxil olan informasiya resurslarının qeydiyyatının aparılması;
  • Kitabların vəziyyətinə nəzarət. Ədəbi nəşrlərin lazımi təmir işlərinin aparılması.
  • Müəllim və şagird heyətinə elektron biblioqrafik məlumat bazasında axtarışlarda kömək etmək;
  • Bu və ya digər şəkildə ədəbiyyatla əlaqəli seminarlar, sərgilər, mühazirələr, yazıçılarla görüşlər və digər tədbirlər keçirmək;
  • Kitabxana tədbirlərində fəal iştirak etmək;
  • Kitabxana işi ilə bağlı gündəlik işləri yerinə yetirmək;
  • Ziyarətçilərlə ünsiyyət, ehtiyaclarını, ədəbiyyat tövsiyələrini müəyyənləşdirmək. Bütün bunlar yüksək ünsiyyət bacarığı və savadlı bir dialoq aparmaq bacarığı tələb edir;
  • Kitabları çeşidləmək və təsnif etmək üçün bir uyğun metodun yaradılması;
  • Müəssisənin ehtiyaclarına uyğun olaraq yeni kitabların alınması üçün sifariş vermək;
  • Oxu zalında nizamın qorunması təmin etmək;

Harada bu ixtisasa sahiblənmək olar

  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • Bakı Dövlət Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Naxçıvan Müəllimlər İnstitutu

Bu ixtisas üzrə harada çalışmaq olar

Bu ixtisasın məzunları ölkədə –

  • F.Axundov adına Azərbaycan Milli Kitabxanasından başlamış kənd kitabxanalarına qədər respublikanın bütün kitabxana şəbəkələrində çalışa bilərlər(statistikaya əsasən ölkədə 3000-ə yaxın kütləvi kitabxana fəaliyyət göstərir);
  • ixtisas məzunları respublikanın bütün kitabxana-informasiya müəssisələrində, elmi-texniki, xüsusi, kütləvi kitabxanalarında çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Yüksək ünsiyyət bacarıqları;
  • Analitik düşüncə bacarığı;
  • Təşkilatçılıq bacarıqları;
  • Erudisiya və intellektual inkişafın ümumi səviyyəsi yüksək olması;
  • Monoton hərəkətlər edərkən konsentrasiyanı uzun müddət saxlaya bilməli bacarmaq;
  • Kitabxananın idarəedilməsində təcrübə və müəyyən biliklər;
  • Elektron kitabxana ilə işləmək üçün bilik və bacarıqlar;
  • Müvafiq kompyüter bilikləri (MS Word, MS Excel, MS Power Point və s.);
  • Azərbaycan dilini mükəmməl bilmək, əlavə olaraq rus və ingilis dilləri(üstünlükdür);
  • Kollektivdə bir komanda olaraq işləmək bacarığı;
  • Kitabxanaçı qəti, sakit, balanslı olmağı bacarmalıdır;

Bu sahənin gələcəyi

İxtisas sahibləri bakalavr təhsilindən əlavə olaraq bu ixtisas üzrə təhsillərini magistratura və doktorantura pilələlərində davam etdirərək uğurlu akademik karyera qura bilərlər. Belə şəxslər bu sahə üzrə rəhbər işlərdə, elmi vəzifələrdə çalışa bilərlər. Ümumiyyətlə, 2014 – cü ildən 2018 – ci ilədək ölkədə kütləvi kitabxanaların sayında azalma müşahidə edilmişdir, müasir dövrdə elektron kitabxanaların yaradılması prosesi də sürətli şəkildə davam edir. Bu məsələlər ixtisasın gələcəyi barədə əsas risk faktorlarından hesab edilir.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı sahə və qurumdan asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq aşağıdakı məbləğdədir:

250 – 700 AZN

Tez-tez verilən suallar

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə keçid balları 259,7 ilə 452,4 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 452,4 baldır.

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası hansı universitetlərdə var?

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası 4 universitetdə tədris olunur: Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu.

Kitabxanaçılıq və informasiya fəaliyyəti hansı qrupa aiddir?

Kitabxanaçılıq və informasiya fəaliyyəti 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasına ən aşağı keçid balı 259,7 olub. Ödənişli yerlər 6 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂