Balını yoxla

İbtidai sinif müəllimliyi

İbtidai sinif müəllimliyi ixtisası 6 universitetdə 10 proqram üzrə tədris olunur. 2025 keçid balları: 284,2 – 505,8 bal.

6universitet
505,8ən yüksək keçid
284,2ən aşağı keçid
10dövlət sifarişli proqram

İbtidai sinif müəllimliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Mingəçevir Dövlət Universiteti
Əyani · 149526
Əyani 505,8 399,1
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158388
Əyani 503,8 503,8
Azərbaycan Dövlət Pedaqoji UniversitetiCəlilabad filialı
Əyani · 122674
Əyani 481,2 375,3
Azərbaycan Dövlət Pedaqoji Universitetitədris ingilis dilində
Əyani · 122163
Əyani 480,4 480,4
Sumqayıt Dövlət Universiteti
Əyani · 148546
Əyani 477,6 429,2
Xəzər Universiteti
Əyani · 158371
Əyani 476,2 402,7
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Əyani · 122147
Əyani 475,5 431
Bakı Slavyan Universiteti
Əyani · 127226
Əyani 475,5 448,4
Azərbaycan Dövlət Pedaqoji UniversitetiŞəki filialı
Əyani · 122511
Əyani 475,3 379,6
Qarabağ Universiteti
Əyani · 152311
Əyani 284,2

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

İbtidai sinif müəllimliyi ixtisası haqqında

İbtidai sinif müəllimliyi ixtisası

İxtisasın təsviri

İbtidai sinif müəllimi kiçik yaşlı uşaqlarla işləyir. İbtidai təhsil prosesinə dərslər və eyni zamanda sinifdənxaric işi də daxildir. Müəllimin işi yeni şagirdlərin valideynləri ilə tanışlıqdan başlayır. Müəllim ibtidai sinifdə şagirdlərlə dərsdən əlavə sənəd və analitik işlərlə məşğul olur, hesabat planı tərtib edir, metodik işlərdə və digər sinifdənxaric işlərdə iştirak edir. Bir sözlə, ibtidai sinif müəllimi cəmiyyətin həyatda ilk təməlçiləridir. İbtidai sinif müəllimi ibtidai sinifdə elə bir mövqe tutur ki, gələcəyin qurucusunu düzgün yetişdirmiş olsun. Psixologiya ilə maraqlananlar üçün uyğun sahədir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq
  • Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək
  • Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq
  • Əmək funksiyasını vicdanla yerinə yetirmək
  • Əmək intizamına və etik davranış qaydalarına əməl etmək
  • Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək
  • Dövlətin təhsil siyasətini yerinə yetirmək
  • Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq
  • Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək
  • Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı, dərs məşğələləri zamanı obyektivliyə xələl gətirməmək
  • Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq
  • Qoyulmuş əmək normalarını yerinə yetirmək
  • Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək
  • Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək
  • İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək
  • Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq
  • Özünü ləyaqətli aparmaq
  • Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq
  • Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə (tədris işləri üzrə direktor müavininə, direktora) məlumat verməyə borcludur

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı)
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti (Şamaxı filialı)
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti (Şəki filialı)
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti (Ağcabədi filialı)
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti (Cəlilabad filialı)
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti (Quba filialı)
  • Azərbaycan Dillər Universiteti
  • Bakı Dövlət Universiteti (Qazax filialı)
  • Bakı Qızlar Universiteti
  • Bakı Slavyan Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Xəzər Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Naxçıvan Müəllimlər İnstitutu
  • Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Dövlət məktəblərdə
  • Özəl məktəblərdə
  • Kurslarda
  • Repetitor fəaliyyəti ilə məşğul olmaq

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Təşkilatçılıq qabiliyyətləri
  • Didaktik qabiliyyətlər
  • Perspektiv qabiliyyətlər
  • Kommunikativ qabiliyyətlər
  • Suqqestiv (təlqinedici) qabiliyyətlər
  • Tədqiqatçılıq qabiliyyətlər
  • Elmi-idraki qabiliyyətlər
  • İnformasiya–Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları

İxtisasın gələcəyi

Bu ixtisasın gələcəyindən söz açsaq, qeyd edə bilərik ki, dünya və cəmiyyət var olduqca müəllimlik peşəsinə ehtiyac duyulacaqdır. Çünki bugünkü və gələcəkdəki ixtisaslı kadrlar müəllimlər tərəfindən yetişdirilir. Nə qədər ki, cəmiyyət var, uşaqlar var, o qədər də peşəkar müəllimlərə tələbat olacaqdır. Peşəkar müəllimlər savadlı uşaqlar hazırlayaraq sağlam gəncliyin təməlini qoyur və bu peşə müqəddəs hesab olunur. İxtisasın populyar olması səbəbindən vakansiyalar kifayət qədər çoxdur.

Əmək haqqı

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin aylıq vəzifə maaşları

Ali təhsilli –

  • Pedaqoji staj 3 ilə qədər olduqda – 450 azn
  • Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda – 495 azn
  • Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda – 520 azn
  • Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda – 555 azn
  • Pedaqoji staj 18 ildən çox olduqda – 595 azn

Orta ixtisas təhsilli –

  • Pedaqoji staj 3 ilə qədər olduqda – 420 azn
  • Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda – 445 azn
  • Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda – 460 azn
  • Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda – 490 azn
  • Pedaqoji staj 18 ildən çox olduqda – 510 azn

Qeyd: Bu əmək haqqı vergi tutulmamışdan öncəki məbləğdir.

Tez-tez verilən suallar

İbtidai sinif müəllimliyi (Cəlilabad filialı) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda İbtidai sinif müəllimliyi (Cəlilabad filialı) ixtisası üzrə keçid balları 284,2 ilə 505,8 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 505,8 baldır.

İbtidai sinif müəllimliyi (Cəlilabad filialı) ixtisası hansı universitetlərdə var?

İbtidai sinif müəllimliyi (Cəlilabad filialı) ixtisası 6 universitetdə tədris olunur: Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Qarabağ Universiteti.

İbtidai sinif müəllimliyi (Cəlilabad filialı) hansı qrupa aiddir?

İbtidai sinif müəllimliyi (Cəlilabad filialı) 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda İbtidai sinif müəllimliyi (Cəlilabad filialı) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda İbtidai sinif müəllimliyi (Cəlilabad filialı) ixtisasına ən aşağı keçid balı 375,3 olub. Ödənişli yerlər 9 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂