Balını yoxla

İnformasiya təhlükəsizliyi

İnformasiya təhlükəsizliyi ixtisası 18 universitetdə 27 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 681 bal.

18universitet
681ən yüksək keçid
200ən aşağı keçid
22dövlət sifarişli proqram

İnformasiya təhlükəsizliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141158
Əyani 681
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141166
Əyani 643,7
Azərbaycan Dövlət İqtisad Universitetitədris ingilis dilində
Əyani · 123216
Əyani 640,2 640,2
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123184
Əyani 609,2 609,2
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114363
Əyani 587,5 587,5
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128296
Əyani 564,7 564,7
Azərbaycan Texniki Universitetitədris ingilis dilində
Əyani · 116267
Əyani 560,4 560,4
Bakı Dövlət Universiteti
Əyani · 111358
Əyani 542,3 542,3
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114355
Əyani 523,1 523,1
Azərbaycan Texniki Universiteti
Əyani · 116234
Əyani 515,4
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158152
Əyani 511,7 511,7
Dövlət Gömrük Komitəsinin Akademiyası
Əyani · 141522
Əyani 492,6 492,6
Bakı Mühəndislik Universiteti
Əyani · 128288
Əyani 488,1 488,1
Azərbaycan Texniki Universiteti
Əyani · 116242
Əyani 475,2 475,2
Azərbaycan Memarlıq və İnşaat Universitetitədris ingilis dilində
Əyani · 118235
Əyani 454,4 454,4
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147169
Əyani 426,5 200
Naxçıvan Dövlət Universitetitədris ingilis dilində
Əyani · 142227
Əyani 422,6 422,6
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118227
Əyani 415,5 415,5
Odlar Yurdu Universiteti
Əyani · 164138
Əyani 403,1 200
Sumqayıt Dövlət Universiteti
Əyani · 148238
Əyani 397,5 249,5
Lənkəran Dövlət Universiteti
Əyani · 151178
Əyani 397,4 200
Qərbi Kaspi Universitetitədris ingilis dilində
Əyani · 157172
Əyani 386,6 200
Mingəçevir Dövlət Universiteti
Əyani · 149234
Əyani 385,2 200
Azərbaycan Universitetitədris ingilis dilində
Əyani · 155139
Əyani 290,6
Bakı Biznes Universiteti
Əyani · 165126
Əyani 200
Azərbaycan Universiteti
Əyani · 155122
Əyani 200
Qərbi Kaspi Universiteti
Əyani · 157189
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

İnformasiya təhlükəsizliyi ixtisası haqqında

İnformasiya təhlükəsizliyi ixtisası

İxtisasın təsviri

İnformasiya təhlükəsizliyi dedikdə informasiyanın və informasiya mühitinin təsadüfi və ya düşünülmüş, təbii və ya süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür. Belə təsirlər informasiyaya və ya informasiya obyektlərinə, həmçinin informasiya istifadəçisinə və sahibinə yolverilməz ziyanlar vura bilir. İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərdir. İnformasiya təhlükəsizliyi siyasətinin işlənməsinin əsas istiqamətləri aşağıdakılardır:

  • Hansı verilənləri və hansı ciddiyyətlə mühafizə etmək lazım olduğunu müəyyənləşdirmək;
  • Müəssisəyə informasiya aspektində kimin və nə həcmdə ziyan vura biləcəyini müəyyənləşdirmək;
  • Risklərin hesablanması və onların qəbuledilən səviyyəyədək azaldılması sxeminin müəyyən edilməsi;
  • Planlaşdırılan bütün texniki və inzibati tədbirlərin təsviri;
  • Baxılan proqramın iqtisadi qiymətinin hesablanması;
  • Müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunma və sənədləşdirmə; Həyata keçirilmə.

İxisasın tarixi

Yunanlar, Romalılar və İbranilər də daxil olmaqla bir neçə qədim mədəniyyət, sadə əvəzedici şifrələrdən istifadə edirdi. Bunlar, əsasən, diplomatik və hərbi əlaqə üçün idi. Sezar şifrəsi Julius Sezarın adını daşıyan tarixən bu günə qədər əvəzedici şifrənin ən əsas növü hesab olunur. Sezar şifrəsi əlifbanı əvvəlcədən müəyyən edilmiş sayda hərflə dəyişməklə və mesajdakı hər bir məktub üçün yeni hərf ilə əvəz etməklə bir mesajı kodlaşdırır. Sezar şifrəsi ilə informasiya təhlükəsizliyinin əsas qoyuldu.

Bu ixtisas sahibləri nə işlə məşğul olur (iş öhdəlikləri)

  • İnformasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə prosedurlar, standartlar və proseslər işləyib hazırlaması va tətbiq edilməsi;
  • Qanunsuz və ya səlahiyyətsiz giriş hallarının aşkarlanma məqsədi ilə informasiya sistemlərinə nəzarət olunması və yoxlanması, düzəliş tədbirlərini tövsiyə edən hesabatların hazırlanması.
  • İnformasiya sistemlərinin inkişaf strategiyasının informasiya təhlükəsizliyi tələblərini əhatə etməsinə nəzarət olunması;
  • Təhlükəsizliyin pozulması va qəza hallarını sənədləşdirən hesabatların hazırlanması;
  • Fəaliyyətin informasiya təhlükəsizliyi prosedurlarına va siyasətinə müvafiqliyinin mütəmadi olaraq yoxlanması;
  • Xidmət təchizatçılarının va tənzimləyicilərinin informasiya təhlükəsizilyi tələblərinin tətbiqi;
  • İnformasiyanın qorunması tədbirlərinə dair tələblərin formalaşdırılması, mühafizə texnikası və informasiya təhlükəsizliyi sistemlərinin konsepsiyalarının işlənib hazırlanması
  • İnformasiya təhlükəsizliyi metrikalanın layihələndirilməsi, tətbiqi və monitorinqi;

Harada bu ixtisasa sahiplənmək olar?

  • Azərbaycan Dövlət İqtisadiyyat Universieti
  • Bakı Ali Neft Məktəbi
  • Azərbaycan Texniki Universiteti
  • Bakı Dövlət Universitet
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Qərbi Kaspi Universiteti

Bu ixtisas üzərə harada çalışmaq olar?

  • Banklarda
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  • Özəl şirkətlərdə
  • Dövlət agentlikləri və qurumlarında

Bu ixisas üzrə lazım olan bilik və bacarıqlar

  • İnformasiya təhlükəsizliyi üzrə standartlar haqqında biliklər (ISO/IEG 27001, NIST, PCI-DSS).
  • Veb-təhlükəsizlik (Web Application Firewall), AAA, RADIUS, TACACS+, Yeni nəsil “Firewall”-lar (NGFW), Antivirus, Anti-Malware sistemləri, Müdaxilələrin qarşısının alınması sistemləri (IPS), 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi, E-mail təhlükəsizliyi sistemləri, Monitorinq sistemləri, VPN texnologiyaları üzrə bilik və səriştələr;
  • Komanda şəklində işləmə bacarığı;
  • Analitik təhlil bacarığı
  • TCP / IP, ümumi şəbəkə port və protokolları, trafik axını, OSI modeli, və ümumi təhlükəsizlik elementləri üzrə biliklər
  • Müxtəlif informasiya texnologiyalarından istifadə zamanı yaranan təhlükəsizlik risklərini bilmək;
  • İnformasiya təhlükəsizliyi üzrə əsas anlayışları.
  • Server avadanlıqları və server proqram təminatları ilə işləmə

İxtisasın gələcəyi

Texnologiyanın günü-gündən daha da inkişaf edərək həyatımızda mühüm yer tutduğu bir dönəmdə bu sahənin gələcəyi olduqca parlaqdır. Gələcəkdə tətbiq sahələri daha da genişlənəcəyi gözlənilir.

Əmək haqqı

İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqlarından, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı sahə və qurumlardan asılı olaraq dəyişir. Məvacib aralığı 1000- 1700 AZN təşkil edir.

Tez-tez verilən suallar

İnformasiya təhlükəsizliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda İnformasiya təhlükəsizliyi ixtisası üzrə keçid balları 200 ilə 681 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 681 baldır.

İnformasiya təhlükəsizliyi ixtisası hansı universitetlərdə var?

İnformasiya təhlükəsizliyi ixtisası 18 universitetdə tədris olunur: Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Odlar Yurdu Universiteti və digərləri.

İnformasiya təhlükəsizliyi hansı qrupa aiddir?

İnformasiya təhlükəsizliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda İnformasiya təhlükəsizliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda İnformasiya təhlükəsizliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 25 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂