Balını yoxla
I qrup · Texniki Qiyabi də var

Dəniz Naviqasiyası mühəndisliyi haqqında

Dəniz Naviqasiyası mühəndisliyi haqqında ixtisası 1 universitetdə 3 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 468,8 bal.

1universitet
468,8ən yüksək keçid
200ən aşağı keçid
2dövlət sifarişli proqram

Dəniz Naviqasiyası mühəndisliyi haqqında — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Dəniz Akademiyasıtədris ingilis dilində
Əyani · 139141
Əyani 468,8 468,8
Azərbaycan Dövlət Dəniz Akademiyası
Əyani · 139117
Əyani 385,7 385
Azərbaycan Dövlət Dəniz Akademiyası
Qiyabi · 139125
Qiyabi 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Dəniz Naviqasiyası mühəndisliyi haqqında ixtisası haqqında

Dəniz Naviqasiyası mühəndisliyi ixtisasına yiyələnən şəxslər Gəmi kapitanı,Kapitanın Baş Köməkçisi,Kapitanın 2- ci və 3- cü köməkçisi (və ya digər adıyla növbə köməkçisi) kimi vəzifələrə haqq qazanmış olur.

İlk olaraq bu ixtisası bitirənlər 3- cü köməkçi olaraq gəmilərdə işə başlaya bilərlər.Bəzi şirkətlərdə isə 2- ci köməkçi kimi başlamaq mümkündür.Bu ixtisasın bakalavr diplomu ilə yanaşı, gərəkli beynəlxalq sertifikatlar əldə etdikdən sonra işçi diplomu Azərbaycan Dövlət Dəniz Administrasiyasında imtahan verərək əldə edilir.
Beynəlxalq sertifikatlar barədə məlumat Dənizçilərin hazırlanması və Növbə Çəkməyə dair kodeksdə verilmişdir.İxtisasın təhsili Azərbaycanda sadəcə Azərbaycan Dövlət Dəniz Akademiyasında mümkündür.Əldə olunan diplom 186 ölkə tərəfindən tanınmış hesab olunur.Beynəlxalq Dənizçilik Təşkilatının təlim – tədris sisteminə uyğun şəkildə dərslər peşəkar dənizçilər və kadrlar tərəfindən öyrədilir. Akademiyanın hər tədris müddəti bitdiyində gəmilərə təcrübə keçmək üçün tələbələr göndərilir. Bununla da 4 il ərzində ildə təxminən 3 ay olmaqla praktiki bacarıq toplanılıb 1 il edir. Bakalavrı bitirən tələbə kapitanın növbə köməkçisi olmaq üçün imtahana girməyə haqq qazanır.

Bu sahədə uğur qazanmaq üçün ediləcək ilk addım tədris prosesində ixtisas fənləri ilə yanaşı, ingilis dili bacarığını mükəmməl şəkildə inkişaf etdirmək lazımdır. Əmin olun ki, bu kimi biliklərə malik dənizçilər üçün uğur qazanmaq su içmək kimi rahat olacaqdır.Daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün ixtisası bitirən tələbələr bu ixtisasa yaxın olan “Shipping and shipping management” və ya Gəmiçilik və gəmilərin hərəkətinin idarə olunması, Dənizçilik şirkəti idarə olunması kimi ixtisaslara xaricdə tanınmış universitetlərdə magistr olaraq yiyələnə bilərlər. Bunlara İsveçdə World Maritime University kimi təhsil müəssisələrini misal gətirmək olar.Təbii ki bunun üçün də hava və su kimi lazım olan ingilis dili İELTS imtahan sxemi ilə ən azı 6.5 olmalıdır.Bundan başqa bakalavr dönəmindəSOLAS,MARPOL,STCW,ISGOTT,COLREG kimi mühüm rəhbər hesab edilən konvensiyaları mütailə etmək,onlarla yaxından tanış olmaq,gələcəyin dənizçiləri üstün peşə bacarıqlarının inkişafında təkan yaradacaqdır.

Karyera planlamısının qurulmasında ilk şərt dənizçi dənizdə təcrübə yığmalıdır. Matros olaraq işləmək, gəminin texniki – istismar hissəsi ilə tanış olmağa, gəmi avandanlıqlarının adlarını öyrənməkdə, dənizdəki situasiyalarla bir məsul işçi kimi tanış olmada böyük üstünlük gətirir.

Karyeranın növbəti pilləsində Kapitan köməkçisi kimi çalışmaqdır. Bu zaman artıq işin rəsmi hissəsi ilə – gəminin idarə edilməsi, telekomunikasiya vasitələrindən istifadə olunması,beynəlxalq rəhbər sənədlər,kodekslər,konvensiyalar barəsində daha dərin məlumatın əldə edilməsi və onların istehsalata tətbiqi kimi şanslara zəmin yaradır.

Sadəcə bir növ gəmidə çalışmaq daha məqsədə uyğundur.Tankerlə başlanan karyera tankerlə, quru yük gəmiləri ilə başlayan karyera quru yük və konteyner gəmilərində, sərnişin gəmilərində başlayan karyera isə sərnişin gəmilərində davam etməsi, kapitan köməkçisinin bu tip gəmi üzrə bilik və bacarıqlarının mükəmməl şəkildə inkişafına gətirib çıxaracaqdır.

Əsas məsələlərdən biri isə oxudum, sertifikatlarım, işçi diplomum var,necə iş tapa bilərəm?

İş mövzusu ölkəmizdəki digər ixtisaslara nisbətdə problemli bir məsələ deyil. Xəzər dənizin verdiyi üstünlüklə 150 ildən artıq fəaliyyət göstərən, dünyanın ilk tankerini istifadə edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi kimi kökənli bünövrəyə malik şirkət həm Xəzər, həmdə dünya dənizlərində öz gəmiləri ilə fəaliyyət göstərməktədir.

Bundan başqa siz xaricdə iş tapmaqla bağlı çətinliklər yaşamayacaqsınız. Müvafiq bakalavr biliyinə və ingilis dili bacarığına sahib olan şəxslər üçün şans nisbəti daha yüksəkdir. Nəzərə alın ki,dünyanın 2/3 hissəsi sudur. Bu sular quruyana qədər gəmilərə və dənizçilərə həmişə ehtiyac olacaqdır. Nəzərə alsaq ki,dünya yük daşınmalarında əsas pay dəniz sektoruna düşür,bu o deməkdir ki,ən ucuz nəqliyyat vasitəsinə maraq daha böyükdür.

Hər birinizə gələcək karyeranızda və dərslərinizdə uğurlar arzulayıram.

Hikmət Mirzə

Kapitanın Növbə-köməkçisi

Tez-tez verilən suallar

Dəniz naviqasiyası mühəndisliyi (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Dəniz naviqasiyası mühəndisliyi (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 200 ilə 468,8 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 468,8 baldır.

Dəniz naviqasiyası mühəndisliyi (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Dəniz naviqasiyası mühəndisliyi (tədris ingilis dilində) ixtisası 1 universitetdə tədris olunur: Azərbaycan Dövlət Dəniz Akademiyası.

Dəniz naviqasiyası mühəndisliyi (tədris ingilis dilində) hansı qrupa aiddir?

Dəniz naviqasiyası mühəndisliyi (tədris ingilis dilində) 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Dəniz naviqasiyası mühəndisliyi (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Dəniz naviqasiyası mühəndisliyi (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 3 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂