Balını yoxla

Xarici dil müəllimliyi (ingilis dili)

Xarici dil müəllimliyi (ingilis dili) ixtisası 13 universitetdə 16 proqram üzrə tədris olunur. 2025 keçid balları: 387,8 – 578,5 bal.

13universitet
578,5ən yüksək keçid
387,8ən aşağı keçid
11dövlət sifarişli proqram

Xarici dil müəllimliyi (ingilis dili) — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Pedaqoji Universitetiingilis dili üzrə, Quba filialı
Əyani · 122755
Əyani 578,5 405,7
Xəzər Universitetiingilis dili üzrə, tədris ingilis dilində
Əyani · 158363
Əyani 578 578
Sumqayıt Dövlət Universitetiingilis dili üzrə
Əyani · 148521
Əyani 561,9 468,6
Lənkəran Dövlət Universitetiingilis dili üzrə
Əyani · 151526
Əyani 559,6 430,2
Gəncə Dövlət Universitetiingilis dili üzrə
Əyani · 145395
Əyani 558,2 485,9
Mingəçevir Dövlət Universitetiingilis dili üzrə
Əyani · 149494
Əyani 556,3 451,1
Azərbaycan Dövlət Pedaqoji Universitetiingilis dili üzrə, Şəki filialı
Əyani · 122496
Əyani 555,3 417,6
Naxçıvan Dövlət Universitetiingilis dili üzrə
Əyani · 142487
Əyani 555 510,3
Azərbaycan Dövlət Pedaqoji Universitetiingilis dili üzrə
Əyani · 121986
Əyani 553 480,8
Azərbaycan Dillər Universitetiingilis dili üzrə
Əyani · 126181
Əyani 551,4 482,5
Bakı Slavyan Universitetiingilis dili üzrə
Əyani · 127145
Əyani 478,4
Qarabağ Universitetiingilis dili üzrə
Əyani · 152296
Əyani 477
Bakı Qızlar Universitetiingilis dili üzrə
Əyani · 163141
Əyani 415,6
Odlar Yurdu Universitetiingilis dili üzrə
Əyani · 164381
Əyani 403,8
Azərbaycan Dövlət Pedaqoji Universitetiingilis dili üzrə, Ağcabədi filialı
Əyani · 122593
Əyani 400,2
Naxçıvan Müəllimlər İnstitutuingilis dili üzrə
Əyani · 143548
Əyani 387,8

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Xarici dil müəllimliyi (ingilis dili) ixtisası haqqında

Xarici dil müəllimliyi ixtisası (ingilis dili)

İxtisasın təsviri

İngilis dili müəllimi ingilis dilinin fonetika, lüğət və qrammatika sahələrində dil bilikləri və eləcə də, bu ölkənin ədəbiyyatını tədris iştirakçılarına öyrədən müəllimdir. İngilis dilini mədəniyyətlərarası ünsiyyət vasitəsi olaraq, Azərbaycan və dünya mədəniyyətinin nailiyyətlərini öyrənmək yolu kimi öyrədir, tələbələri fərqli bir dünyagörüşünün tolerant qavrayışına, yəni mədəniyyətlərin bərabərhüquqlu və bərabərliyini, ümumbəşəri dəyərlərin mövcudluğunu dərk etməyə hazırlayır. Peşə xarici dil və ədəbiyyatına maraq göstərənlər üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
  • Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) fənn üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
  • Müasir texnologiyalardan istifadə edərək, fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
  • Əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
  • Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
  • Dövlətin təhsil siyasətini yerinə yetirmək;
  • Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
  • Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
  • Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı, dərs məşğələləri zamanı obyektivliyə xələl gətirməmək;
  • Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
  • Qoyulmuş əmək normalarını yerinə yetirmək.
  • Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
  • Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
  • İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
  • Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
  • Özünü ləyaqətli aparmaq;
  • Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
  • Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə (tədris işləri üzrə direktor müavininə, direktora) məlumat verməyə borcludur.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dillər Universiteti
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Bakı Slavyan Universiteti
  • Bakı Qızlar Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Naxçıvan Müəllimlər İnstitutu
  • Gəncə Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Lənkaran Dövlət Universiteti
  • Xəzər Universiteti
  • Odlar Yurdu Universiteti
  • → “Naxçıvan” Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Müəllim kimi orta məktəblərdə, özəl liseylərdə;
  • Magistr təhsili almaqla univsertetlərdə;
  • Bir sıra özəl kurslarda;
  • Əgər tərcüməçiliyə maraq varsa, tərcüməçi kimi.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Nitq (disursiv): şifahi və yazılı nitqdə ingilis dili normasına uyğun olaraq ifadələr və mətnlər yaratmaq üçün dil vasitələrindən kifayət qədər istifadə etmək bacarığı;
  • Sosiolinqvistik: ünsiyyət vəziyyətinə uyğun olaraq dil vasitələrindən istifadə etmək bacarığı;
  • Sosial-mədəni: İngilis dilli ölkələrin milli və mədəni xüsusiyyətləri haqqında bilikləri tətbiq etmək bacarığı;
  • Təşkilatçılıq qabiliyyətləri: Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaq və s. bacarığında özünü göstərir.
  • Didaktik qabiliyyətlər: Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. konkret bacarıqlar daxildir.
  • Perspektiv qabiliyyətlər: Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  • Kommunikativ qabiliyyətlər: Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
  • Suqqestiv (təlqinedici) qabiliyyətlər: Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
  • Tədqiqatçılıq qabiliyyətlər: Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
  • Elmi – idrakı qabiliyyətlər: Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.
  • İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları;
  • İngilis dili səviyyəsi ən azından A2(Elementary)-B1(Pre-İntermediate) səviyyələrdə olmalıdır.

Qeyd: Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.

İxtisasın gələcəyi

Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən-ilə artmaqdadır. Xüsusən, son illər bu peşə sahiblərinin əməkhaqlarındakı ciddi artım, eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları mərkəzi, müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.

Əmək haqqı

İxtisas üzrə maaşlar aylıq əməkhaqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq, həftəlik dərs yükünə görə təyin edilir.

  • Pedaqoji təcrübə 3 ilə qədər olduqda- 462 AZN
  • Pedaqoji təcrübə 3 ildən 8 ilə qədər olduqda- 496 AZN
  • Pedaqoji təcrübə 8 ildən 13 ilə qədər olduqda 522 AZN
  • Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN
  • Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.

Özəl liseylərdə məvaciblər daha yüksək ola bilər.

Tez-tez verilən suallar

Xarici dil müəllimliyi (ingilis dili üzrə, Şəki filialı) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Xarici dil müəllimliyi (ingilis dili üzrə, Şəki filialı) ixtisası üzrə keçid balları 387,8 ilə 578,5 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 578,5 baldır.

Xarici dil müəllimliyi (ingilis dili üzrə, Şəki filialı) ixtisası hansı universitetlərdə var?

Xarici dil müəllimliyi (ingilis dili üzrə, Şəki filialı) ixtisası 13 universitetdə tədris olunur: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Qarabağ Universiteti, Bakı Qızlar Universiteti, Odlar Yurdu Universiteti və digərləri.

Xarici dil müəllimliyi (ingilis dili üzrə, Şəki filialı) hansı qrupa aiddir?

Xarici dil müəllimliyi (ingilis dili üzrə, Şəki filialı) 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Xarici dil müəllimliyi (ingilis dili üzrə, Şəki filialı) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Xarici dil müəllimliyi (ingilis dili üzrə, Şəki filialı) ixtisasına ən aşağı keçid balı 387,8 olub. Ödənişli yerlər 15 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂