Balını yoxla
III qrup · Humanitar Qiyabi də var

Muzey,arxiv işi və abidələrin qorunması

Muzey,arxiv işi və abidələrin qorunması ixtisası 7 universitetdə 9 proqram üzrə tədris olunur. 2025 keçid balları: 253,8 – 409,4 bal.

7universitet
409,4ən yüksək keçid
253,8ən aşağı keçid
6dövlət sifarişli proqram

Muzey,arxiv işi və abidələrin qorunması — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universiteti
Əyani · 112419
Əyani 409,4 409,4
Naxçıvan Dövlət Universiteti
Əyani · 142698
Əyani 409,2 263,1
Lənkəran Dövlət Universiteti
Əyani · 151567
Əyani 405,1 268,2
Azərbaycan Universiteti
Əyani · 155463
Əyani 404,6 273,7
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Əyani · 134168
Əyani 402,9 300,5
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 136266
Əyani 402 307,7
Lənkəran Dövlət Universiteti
Qiyabi · 151575
Qiyabi 280,1
Naxçıvan Dövlət Universiteti
Qiyabi · 142713
Qiyabi 257,1
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154426
Əyani 253,8

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Muzey,arxiv işi və abidələrin qorunması ixtisası haqqında

İxtisasın qısa təsviri

Muzey işində ixtisas dedikdə ilk öncə göz önünə muzeyşünas gəlir. Muzey işinin isə elmi nəzəri əsaslarını “muzeyşünaslıq” öyrənir.Muzeyşünaslıq-muzeylərin yaranması, muzey fəaliyyətinin elmi-tədqiqi, ictimai mərhələləri,nəzəri əsasları, metodu, metodoloji əsasları, qanunauyğunluqları, qanunlarıvə prinsiplərindən bəhs edən elmdir.Muzey işi-elmi,mədəni-mənəvi və estetik tələbatın ödənilməsi məqsədilə insan,onun fəaliyyəti və yaşayış mühiti haqqında mədəniyyət sərvətlərinin əldə edilməsi, qorunması, qeydə alınması,tədqiqi, təbliği və nümayişi hesab olunur.Muzeyşünaslıq,arxiv işi və abidələrin qorunması ixtisası tələbələrə muzey və tarixi-memarlıq abidələrinin qorunmasını, bərpasını öyrədir.

Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur.Xalqın bilik və məlumat dairəsini genişləndirir,tarixi-mədəni incilərini qoruyur,yaşadır,təbliğ edir,sistemli tədqiqat işləri aparır. Sahə tarixə və dünya sənət mədəniyyətinə maraq göstərənlər üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

Muzey işinə

➝Muzey kolleksiyalarının və əşyalarının komplektləşdirilməsi, onların qeydiyyatının mühafizəsinin təşkili və bütövlüyünün təmin olunması;

➝Muzey kolleksiyaları,arxiv, kitabxana və digər materiallar əsasında səmərəli elmi tədqiqatlar;

➝Muzey ekspozisiyalarının və sərgilərin təşkili,muzey sahəsində dizayn və tərtibat işlərinin həyata keçirilməsi;

➝Muzey əşyalarının konservasiyası və bərpasını bütün növləri;

➝Muzey kolleksiyalarının kataloqlarının hazırlanması və nəşr olunması;

➝Muzeydaxili kütləvi tədbirlərin təşkili və muzeydənkənar tədbirlər;

➝Muzey mühiti vasitəsiylə tərbiyə prosesinin səmərəli təşkili;

➝Muzey kolleksiyalarının tətbiqi daxildir.

Baş mühafizin fəaliyyəti aşağıdakı plan ardıcıllığı ilə yerinə yetirilməlidir

➝Muzeyin bütün fondlanma düzgün uçot işi planlaşdırılmalıdır;

➝Muzey sərvətlərinin sıradan çıxmaması və oğurlanmamasından ötrü lazımi mühafizə şəraitinin yaradılması üçün tədbirlər planı hazırlanmalı və bu plana uyğun fəaliyyət mexanizmi qurulmalıdır;

➝Uçot-mühafızə işinə dair bütün sənədlərin planlı şəkildə düzgün aparılmasına nail olunmalıdır; -sərvətlərin aşkarlanması, muzeyə daxil olması, onların uçotu, saxlanması, bərpası, mühafizəsi planlı şəkildə yerinə yetirilməlidir; -uçot-mühafızə işləri üzrə məsuliyyəti müəyyənləşdirən muzeydaxili təlimatların planlı və vaxtında işlənib hazırlanmasına nəzarət ediməlidir;

➝Muzey mühafizlərinin müvafiq təlimat haqqında biliklərinin yoxlanılması planlı şəkildə təşkil edilməlidir: -zədələnmiş sərvətlər haqqında müvafiq tədbirlər planlı şəkildə yerinə yetirilməlidir;

➝Muzey tərəfindən maddi və mənəvi mədəniyyət abidələri üçün planlı şəkildə fərdi işin açılması, müvafiq sənədlərin həmin işdə planlı olaraq toplanması, lazımi tədbirlərin görülməsi prosesi planlı şəkildə həyata keçirilməlidir və s.

Bu ixtisasa harada sahiblənmək olar

Dövlət universitetləri

➝Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

➝Azərbaycan Turizm və Menecment Universiteti

➝Naxçıvan Dövlət Universiteti

➝Lənkəran Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

➝Muzeydə(memorial muzeylər və ev muzeyləri də daxildir)

➝Qalereyalarda,

➝Dövlət tarixi bədii qoruq müəssisələrində

➝Pararel olaraq elmi fəaliyyətinə də davam edə bilər

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

➝Azərbaycanın, həmçinin digər ölkələrin tarixini,mədəniyyətini, abidələrin memarlıq üslublarını dərindən bilməli

➝ Nəzakətli, səlis nitq bu peşə sahiblərin gələn yerli və xarici qonaqlara düzgün ünsiyyət qurması,tariximizi,mədəniyyətimizi tanıtması üçün vacibdir

➝Dil bilgisi bu peşə sahibləri üçün xarici qonaqlara lazımi məlumatların ötürülməsi üçün lazımdır.

➝Muzey işçisi yaradıcı olmalıdır

➝Bərpaçılıqda da,bələdçilərin fəaliyyətində də,ekspozisiyanın tərtibatında da,ümumiyyətlə,fəaliyyətin bütün mərhələlərində yaradıcılıq vacib sayılır.Muzey işçisi aşağıdakı müvafiq başlıca tələbləri yerinə yetirməlidir:

➝Öz nəzəri biliklərini durmadan artırmalıdır

➝Təcrübə, qabiliyyət və bacarıqlarını mütəmadı inkişaf etdirməli,yaradıcı vərdişlərə yiyələnməlidir

➝Muzeyin fəaliyyətinə yaradıcı yanaşmalıdır

➝Yüksək mədəni davranış,ziyarətçinin qəlbinə nüfuz etmək,onlarda qonaq olduğu bölgəyə qarşı hörmət,ehtiram hissi qaldırmaq bacarığı olmalıdır

➝Gülərüz və nəzakətli olmaq;

➝Yüksək ünsiyyət bacarıqları;

➝Komandada işləmək istəyi;

➝Dini və mədəni baxımdan tolerant olmaq;

➝Təşkilatçılıq bacarıqlarının olması;

➝Estetik zövq və yaradıcı düşüncə;

➝Təşəbbüskarlıq;

➝Məsuliyyətli və dürüst olmaq.

Bu sahənin gələcəyi

Ən çox problemlərin ortaya çıxacağı elə bu sualdadır.Hələ ki dünya muzeyləri ilə müqayisədə muzey işində çox geridəyik. Ən zəif yerimiz elə elm muzeyinin olmamasıdır. Bakı şəhərindəki bir neçə böyük muzeyləri və Şəki, Gəncə kimi şəhərləri çıxmaq şərtiylə, qalan rayon muzeylərinin tərtibatında hələ də “ənənəvi sovet” muzey işi metodu ilə iş qurulur. Mövzu üzrə interaktivlər animasiyalar və s. demək olar ki, yox dərəcəsindədir.

Ölkəmizdə muzey fəaliyyəti ümumi inkişafla bağlı olduğundan, onun hərtərəfli şəkildə həyata keçirilməsi də iqtisadi, sosial, elmi, mədəni, siyasi həyatla təmasda reallaşır. Bu gün ölkəmizdə muzeylərin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu sahənin inkişafına daha çox diqqət ayrılır.

Bu sahə üzrə maaşlar

Akademiya sisteminə daxil olan və milli statusu olan muzeylərdə aylıq gəlir Mədəniyyət Nazirliyinə aid muzeylərdən daha yüksəkdir. Dövlət bədii tarixi muzeylərinin bəziləri isə dövlət turizm agentliyinin nəzdindədir.

Tez-tez verilən suallar

Muzey, arxiv işi və abidələrin qorunması ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə keçid balları 253,8 ilə 409,4 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 409,4 baldır.

Muzey, arxiv işi və abidələrin qorunması ixtisası hansı universitetlərdə var?

Muzey, arxiv işi və abidələrin qorunması ixtisası 7 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti.

Muzey, arxiv işi və abidələrin qorunması hansı qrupa aiddir?

Muzey, arxiv işi və abidələrin qorunması 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Muzey, arxiv işi və abidələrin qorunması ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Muzey, arxiv işi və abidələrin qorunması ixtisasına ən aşağı keçid balı 253,8 olub. Ödənişli yerlər 9 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂