Balını yoxla

Regionşünaslıq haqqında

Regionşünaslıq haqqında ixtisası 8 universitetdə 36 proqram üzrə tədris olunur. 2025 keçid balları: 215,7 – 454 bal.

8universitet
454ən yüksək keçid
215,7ən aşağı keçid
6dövlət sifarişli proqram

Regionşünaslıq haqqında — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dillər UniversitetiBöyük Britaniya üzrə, tədris ingilis dilində
Əyani · 126749
Əyani 454 338,2
Azərbaycan Dillər UniversitetiÇin üzrə
Əyani · 126538
Əyani 423,9 361,6
Xəzər UniversitetiAmerika, Avropa, Asiya və Şərq ölkələri, tədris ingilis dilində
Əyani · 158452
Əyani 423,7 230,5
Bakı Dövlət UniversitetiYaponiya üzrə
Əyani · 112232
Əyani 412,2 342
Bakı Dövlət UniversitetiQafqaz ölkələri üzrə, tədris ingilis dilində
Əyani · 112321
Əyani 410,1 267,4
Bakı Dövlət UniversitetiKoreya üzrə
Əyani · 112224
Əyani 408,8 350,4
Azərbaycan Dillər UniversitetiAlmaniya üzrə
Əyani · 126449
Əyani 331,5
Azərbaycan Dillər UniversitetiYaponiya üzrə
Əyani · 126513
Əyani 313
Bakı Dövlət UniversitetiQafqaz ölkələri üzrə
Əyani · 112143
Əyani 311,4
Azərbaycan Dillər UniversitetiBöyük Britaniya üzrə
Əyani · 126432
Əyani 305,2
Azərbaycan Dillər UniversitetiMərkəzi və Şərqi Avropa üzrə
Əyani · 126554
Əyani 304,1
Bakı Dövlət Universitetiİsrail üzrə
Əyani · 112192
Əyani 298
Azərbaycan Dillər UniversitetiFransa üzrə
Əyani · 126457
Əyani 292,3
Azərbaycan Dillər UniversitetiCənubi Amerika üzrə
Əyani · 126546
Əyani 288,9
Azərbaycan Dillər UniversitetiNorveç üzrə
Əyani · 126473
Əyani 288,7
Bakı Slavyan UniversitetiQərbi Avropa ölkələri üzrə
Əyani · 127445
Əyani 281,7
Azərbaycan Dillər UniversitetiQafqaz ölkələri üzrə
Əyani · 126481
Əyani 278,8
Azərbaycan Dillər Universitetiİsrail və Yaxın Şərq ölkələri üzrə
Əyani · 126498
Əyani 275,3
Azərbaycan Dillər UniversitetiRusiya üzrə
Əyani · 126562
Əyani 272,2
Azərbaycan Dillər UniversitetiBalkan ölkələri üzrə
Əyani · 126587
Əyani 271,5
Bakı Dövlət UniversitetiPakistan üzrə
Əyani · 112216
Əyani 270,7
Bakı Slavyan UniversitetiŞərqi Avropa ölkələri üzrə
Əyani · 127412
Əyani 252,6
Bakı Slavyan UniversitetiXəzəryanı ölkələr üzrə
Əyani · 127397
Əyani 251,7
Bakı Dövlət Universitetiİran üzrə
Əyani · 112176
Əyani 249,2
Azərbaycan Dillər UniversitetiPakistan üzrə
Əyani · 126627
Əyani 245,6
Bakı Slavyan UniversitetiBalkan ölkələri üzrə
Əyani · 127429
Əyani 240,2
Bakı Slavyan UniversitetiMərkəzi Asiya ölkələri üzrə
Əyani · 127437
Əyani 240,1
Azərbaycan Dillər UniversitetiAfrika üzrə
Əyani · 126595
Əyani 235,9
Azərbaycan UniversitetiAvropa ölkələri üzrə
Əyani · 155439
Əyani 233,5
Bakı Avrasiya UniversitetiABŞ və Kanada
Əyani · 162291
Əyani 231,5
Azərbaycan Dillər UniversitetiHindistan üzrə
Əyani · 126619
Əyani 229,6
Qərbi Kaspi UniversitetiAmerika, Böyük Britaniya, Almaniya və Çin üzrə
Əyani · 157512
Əyani 227,8
Qərbi Kaspi UniversitetiAmerika, Böyük Britaniya, Almaniya və Çin üzrə, tədris ingilis dilində
Əyani · 157497
Əyani 226,4
Bakı Avrasiya UniversitetiAvropa ölkələri
Əyani · 162315
Əyani 225,9
Bakı Avrasiya UniversitetiYaxın və Orta Şərq ölkələri
Əyani · 162323
Əyani 219,8
Azərbaycan Kooperasiya UniversitetiAvropa ölkələri üzrə
Əyani · 154394
Əyani 215,7

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Regionşünaslıq haqqında ixtisası haqqında

Regionşünaslıq ixtisası kifayət qədər geniş sahəni əhatə edir. Bu ixtisası oxumağa başlamazdan öncə nə istədiyinizi, hansı sahədə çalışmaq və ixtisaslaşmaq istədiyinizi bilmək çox önəmlidir. İxtisas daha çox siyasi elmlər, beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində daha əvvəl bakalavr dərəcəsi almış tələbələrə uyğundur. Mən “Bakı Dövlət Universiteti”-nin “Beynəlxalq Münasibətlər və iqtisadiyyat” fakültəsində bakalavr dərəcəsi almış. Daha sonra magistratura təhsilimi almaq üçün Belçikanın “KU Leuven Universiteti”-nə “Avropaşünaslıq” ixtisasına daxil olmuşam. İxtisas bir neçə şahədən ibarədir. Mənim seçdiyim: “Avropa xarici siyasəti (Avropa İttifaqı üzrə mütəxəssis)” şahəsidir. Bu şahə daxilində Avropa İttifaqının hüququ, xarici siyasəti, qlobal və transmilli perspektivlərini öyrənir, eyni zamanda Avropa İttifaqı ilə başqa ölkələr arasında olan ticarət əlaqələrinin dərindən analizi və müqavilələrin bağlanma hüququ tədris olunur. Təcrübə olaraq isə Avropa İttifaqının müxtəlif institutlarında seminar və iclaslara qatılıram.

Qeyd edim ki, bu ixtisası Belçikada oxumaq qərarım məhz Avropa İttifaqının qərargahlarının Brüsseldə yerləşməsi ilə əlaqəlidir. Bu ixtisası bitirdikdən sonra Azərbaycandakı Avropa Birliyinin Nümayəndəliyində, Xarici İşlər Nazirliyinin müvafiq şöbələrində, BMT-nin ofislərində və başqa beynəlxalq təşkilatlar və dövlət qurumlarında iş imkanlarından yararlana biləcəksiniz. Bu sahədə uğurlu olmağın ən başlıca yolu çoxlu mütaliə etməkdir. Bir siyasi hadisəni bir neçə qaynaqdan oxumalı, analiz etməli və öz proqnozlarınızı verməlisiniz. Heç vaxt “Mən artıq bu məsələ barədə kifayət qədər bilirəm” deməyin, çünki siyasət və beynəlxalq proseslər düşündüyümüzdən daha dərin və qəlizdir. İkinci tövsiyəm – bacardığınız qədər dil öyrənin. Erməni dilindən tutmuş fransız dilinə kimi nə qədər dildə oxumağı bacarsanız, informasiya əldə etməyi öyrənsəniz, bir o qədər də mövzunu dərindən təhlil etmək imkanınız olar.

Ixtisas üçün xaricdə təhsil önəmlidir. Xaricdə təhsil həm sizin analiz qabiliyyətinizə və biliklərinizə böyük töhvə qatacaq. Mən universitet axtaranda “QS” və “Times Higher Education” siyahılarında yüksək yerlər tutmuş ilk 50-100 universitet sırasından seçim etdim. Bu universitetlərdə təhsilin keyfiyyəti yüksək və professorlar adətən müxtəlif vəzifələrdə çalışan, təcrübəli şəxslər olur. Bu sizə onlarla yaxından ünsiyyət qurmaq, məsləhət almaq, hətta onların işlədikləri yerdə təcrübə keçmək imkanı qazandırır.

Karyera qurmaq üçün ilk növbədə nələr etmək istədiyinizi bilməlisiniz. Özünüzdə “Mən nələri bilirəm? Mən nələrdə uğurlu ola bilərəm? Mənə nə maraqlıdır, Mənim məqsədim nədir?” və s. kimi suallara mütləq cavab verin. Bundan sonra sizə həm iş tapmaq asan olacaq, həm də işləmək.

İlk işi tapmaq üçün yuxarıda sadaladıqlarımı etdikdən sonra harada işləyəcəyinizə qərar verin. Əgər Azərbaycanda işləyəcəksinizsə o zaman paytaxtda yerləşən müxtəlif regionlar üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlara, Xarici İşlər Nazirliyinin müvafiq şöbələrinə, səfirliklərə və s. müraciət edə bilərsiniz. İnanın ki, bu qurumların hər biri savadlı kadr axtarışındadırlar. Xaricdə təhsil aldıqdan sonra sizə dərs deyən müəllimlərdən referens almağınız məsləhətdir. CV-ə isə bu günə qədər etdiyiniz bütün ictimai fəaliyyətinizi qeyd edin.

Rəna Bayramova

Tez-tez verilən suallar

Regionşünaslıq (Pakistan üzrə) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Regionşünaslıq (Pakistan üzrə) ixtisası üzrə keçid balları 215,7 ilə 454 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 454 baldır.

Regionşünaslıq (Pakistan üzrə) ixtisası hansı universitetlərdə var?

Regionşünaslıq (Pakistan üzrə) ixtisası 8 universitetdə tədris olunur: Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Kooperasiya Universiteti.

Regionşünaslıq (Pakistan üzrə) hansı qrupa aiddir?

Regionşünaslıq (Pakistan üzrə) 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Regionşünaslıq (Pakistan üzrə) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Regionşünaslıq (Pakistan üzrə) ixtisasına ən aşağı keçid balı 215,7 olub. Ödənişli yerlər 36 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂