Balını yoxla

Mexatronika və robototexnika mühəndisliyi

Mexatronika və robototexnika mühəndisliyi ixtisası 7 universitetdə 11 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 415,6 bal.

7universitet
415,6ən yüksək keçid
200ən aşağı keçid
9dövlət sifarişli proqram

Mexatronika və robototexnika mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114566
Əyani 415,6 415,6
Milli Aviasiya Akademiyasıtədris ingilis dilində
Əyani · 138364
Əyani 369,3 369,3
Azərbaycan Texniki Universiteti
Əyani · 116412
Əyani 361,9
Milli Aviasiya Akademiyası
Əyani · 138348
Əyani 351,3 351,3
Qərbi Kaspi Universitetitədris alman dilində
Əyani · 157237
Əyani 345,5 200
Bakı Mühəndislik Universiteti
Əyani · 128441
Əyani 343 312,1
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114558
Əyani 342,6 342,6
Azərbaycan Texniki Universiteti
Əyani · 116429
Əyani 341,1 324,8
Qarabağ Universiteti
Əyani · 152182
Əyani 308,4
Qərbi Kaspi Universiteti
Əyani · 157245
Əyani 200
Sumqayıt Dövlət Universiteti
Əyani · 148287
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Mexatronika və robototexnika mühəndisliyi ixtisası haqqında

İxtisasın qısa təsviri

Mexatronika və robototexnika mühəndisliyi günümüzdə elektronika, kompyuter tətbiqi, proqramlaşdırma sahələrində texnologiyanın sürətlə irəliləməsi və eyni zamanda sənaye sahələrində avtomatikanın sürətlə inkişaf etməsi, ağıllı cihaz və robotların yaranması ilə yaranan mühəndislik sahəsidir.

Mexatronika və robototexnika mühəndisliyi Mexanika mühəndisliyi, Elektrik-elektronika mühəndisliyi və Kompüter mühəndisliyinin birləşməsi olaraq ortaya çıxaraq, zamanı, təbii qaynaqları və əmək vasitələrini ekonomik istifadə edə bilən, eyni zamanda müasir texnologiyanı və mühəndis məhsuldarlığını, ekoloji şərtləri gözardı etmədən ən səmərəli şəkildə istifadə edərək texnoloji dizayn ortaya qoya bilən mühəndis yetişdirən ixtisasdır. Peşə fizika, riyaziyyat, rəsm və kompüter elmləri ilə maraqlananlar üçün uyğundur.

Peşənin tarixi

Bəşəriyyət tarixində ilk robot texnikalarından biri XII əsrdə yaşamış ərəb ixtiraçısı Əl – Cəzari sayıla bilər. Arfa, fleyta və nağara çalaraq tamaşaçıları əyləndirən mexaniki musiqiçilər yaratdığına dair sübutlar var. XV – XVI əsrlərdə yaşayan Leonardo da Vinçi, qollarını və ayaqlarını tərpədə bilən, dəbilqəsinin qabağını açan mexaniki bir cəngavərin təsvirlərini əks etdirən resmxətlər özündən geridə qoydu. Robotexnika mühəndisliyi isə XX əsrin əvvəllərində əmələ gəlmiş və inkişaf etmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Mexatronika və robototexnika mühəndisləri məhsul, mexaniki gücü əmələ gətirmək üçün motor sistemləri, yaranan gücü ötürmək üçün mexaniki sistem, dəyişikliyi qeyd etmək üçün sensorlar, sistemə nəzarət etmək üçün mikroişlədici və bütün sistemi idarə etmək üçün kompüter proqramınlarından istifadə etməli
  • Eksperimental nəticələrin işlənib hazırlanmasında əsas üsullardan istifadə etməli
  • Mexatronika və mikroprosessorların element bazası, iş prinsipi, struktur təşkili, metodları və texniki vasitələri layihələndirməli
  • Komputerlərin əsas xarakteristikalarını, parametrlərini qurmalı
  • Robot sistemləri üçün modelləşdirmə və materialların seçmək
  • Laboratoriyada və ya istehsal şəraitində robotların proqramlaşdırılması və istifadəyə verilməsi
  • Avadanlıqların quraşdırılmasına, avadanlıqların qəbulu və istismara verilməsində iştiraka nəzarət
  • Robotlar üçün profilaktik tədbirlərin hazırlanması
  • Robot avadanlıqlarının təmiri və texniki xidməti üzrə işlərin təşkili və onların icrasına nəzarət
  • Ehtiyat hissələrin istehlakına və ehtiyatına nəzarət
  • Hesabat və iş sənədlərinin aparılması.

Harada bu ixtisasa sahiblənmək olar

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

  • Aviasiya və kosmonavtika sahələri üzrə ofislərdə
  • Müxtəlif istiqamətlər üzrə tədqiqat mərkəzlərində
  • Kosmos, tibb, neft istehsalında
  • Qida və yüngül sənaye istehsalında
  • Texniki şöbə mühəndisi
  • Baş mütəxəssis (texnoloq, elektrik-mühəndis, mexanik) avtomatlaşdırma layihə sistemləri mühəndisi

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • İxtisasını dərindən bilməli;
  • Məntiqi təfəkkürə malik olmalı, nəticələrin işlənməsi üçün riyazi metodları tətbiq etməyi;
  • Analitik düşüncə bacarığı;
  • Detallara diqqət yetirməyi bacarmaq;
  • Texnoloji dəyişiklikləri və texniki yenilikləri mənimsəməyi bacarmaq;
  • Güclü yaddaş;
  • Mövcud olan riyazi üsullardan, mexanika və təbiət elmlərində riyazi modellərdən istifadə etməyi bacarmalı;
  • Nano, mikro və makro səviyyələrdə materialların strukturları arasındakı korrelyasiyanı(…) və əsas üç sinif materrialları, metalları, polimerləri və keramikanın xassələrini başa düşməli;
  • Məzunlar həmçinin, proqramlaşdırma dillərini – C/C++, C#, Python və s. kimi dilləri öyrənməli;

Bu sahənin gələcəyi

Texnologiyanın inkişafı və robotlara olan ehtiyacın, tələbatın məişətdə və sənayedə artması bu ixtisasın daha da inkişaf edəcəyini və Azərbaycanda daha da yayılıb, iş yerləri açılacağını demək olar. Xüsusilə, sənayedə mikroprosessorlara olan tələbatı nəzərə alsaq, deyə bilərik ki, mexatronika və robotexnika ixtisasından olan məzunlara tələbat daha da artacaq.

Bu ixtisas üzrə maaşlar

Tez-tez verilən suallar

Mexatronika və robototexnika mühəndisliyi (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Mexatronika və robototexnika mühəndisliyi (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 200 ilə 415,6 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 415,6 baldır.

Mexatronika və robototexnika mühəndisliyi (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Mexatronika və robototexnika mühəndisliyi (tədris ingilis dilində) ixtisası 7 universitetdə tədris olunur: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Mühəndislik Universiteti, Qarabağ Universiteti, Sumqayıt Dövlət Universiteti.

Mexatronika və robototexnika mühəndisliyi (tədris ingilis dilində) hansı qrupa aiddir?

Mexatronika və robototexnika mühəndisliyi (tədris ingilis dilində) 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Mexatronika və robototexnika mühəndisliyi (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Mexatronika və robototexnika mühəndisliyi (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 9 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂