Balını yoxla

Nəqliyyat tikintisi mühəndisliyi

Nəqliyyat tikintisi mühəndisliyi ixtisası 2 universitetdə 2 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 254,7 bal.

2universitet
254,7ən yüksək keçid
200ən aşağı keçid
2dövlət sifarişli proqram

Nəqliyyat tikintisi mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Mühəndislik Universiteti
Əyani · 128482
Əyani 254,7 200
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118413
Əyani 230,5 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Nəqliyyat tikintisi mühəndisliyi ixtisası haqqında

İxtisasın təsviri

Nəqliyyat xidməti cəmiyyətin ən vacib ehtiyaclarından biridir. Nəqliyyat tikintisi mühəndisi mahiyyətcə geniş ixtisas sahəsinə malik mühəndisdir. Nəqliyyat tikintisi mühəndisliyi bütün növ nəqliyyat vasitələri üçün (quru,hava,su) piyada yolları, keçidləri, həmçinin logistik məqsədlər üçün nəqliyyat xidmətləri ilə əlaqədar layihələrin hazırlanması, həyata keçirilməsi və yenidən qurulması sahəsi üzrə bilik və bacarıqlar verən mühəndislik sahəsidir. Fizika, riyaziyyat və coğrafiya ilə maraqlananlar üçün uyğun sahədir. Nəqliyyat tikintisi mühəndislərindən ən son texnoloji inkişafları və qanunvericilik tənzimləmə bazasının dəyişikliklərini nəzərə alaraq, daima öz bacarıqlarını artırmaları tələb olunur.

Peşənin tarixi

Nəqliyyat tikintisi mühəndisliyi Mülki mühəndisliyə(Civil Engineering) daxil olan mühəndislik qollarından biridir.Mülki mühəndislik üzrə ilk universitetlərin fəaliyyəti isə 1830 –ci illlərə təsadüf edir.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • ➡ Yollar, suötürücü və kommunikasiya ötürücü borular, drenaj sistemlərinin tikintisi və təmirinin planlaşdırılması və layihələşdirilməsi, smetanın tərtib olunması;
    ➡ Dəmir yolları, hava limanlarının uçuş-enmə zolaqlarının və digər qurğuların tikintisi və təmirinin planlaşdırılması, lahiyələşdirilməsi, smetanın tərtib olunması, sxeminin çəkilməsi;
    ➡ Nəqliyyat layihələrinə nəzarət edilməsi ilə əlaqədar texniki vəzifələri yerinə yetirilməsi;
    ➡ İndiki və gələcək rabitə xətlərinin – təbii landşaft, relyef, torpaq, axan və yeraltı suların, mövcud dəmir yollarının və magistral yolların vəziyyəti, indiki və gələcəkdə nəqliyyatın intensivliyi üçün şərtlərin aydınlaşdırılması və izah edilməsi;
    ➡ Əməyin mühafizəsinin sosial, iqtisadi, ekoloji, tibbi və etik aspektləri nəzərə alınmaqla yol təhlükəsizliyi və nəqliyyat inşaatının planlaşdırılması və idarə edilməsi.
    ➡ Rabitə xətlərinin və quruluşlarının sökülməsi;
    ➡ Texniki sənədlərin mövcud standartlar və tənzimləmə tələbləri ilə yoxlanılması;

Harada bu ixtisasa sahiblənmək olar

Dövlət Universitetləri

➡ Azərbaycan Memarlıq və İnşaat Universiteti
➡ Bakı Mühəndislik Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

➡ Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;
➡ Azərbaycan Dəmir Yolları;
➡ Bakı Nəqliyyat Agentliyi;
➡ Nəqliyyat tikintisi layihələrin həyata keçirən özəl tikinti şirkətləri;

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

➡ Nəqliyyat tikintisi mühəndisi öncəliklə mühəndislik problemlərinin düzgün müəyyən edilməsi və həll olunması üçün zəruri olan riyaziyyat və fizika elmi bazasına malik olmalıdır. Həmçinin mühəndislərdə dizayn və rəsmxətt, müxtəlif proqram təminatlarından istifadə edərək vizuallaşdırma, modelləşdirmə bacarıqları da yüksək səviyyədə inkişaf etməlidir;
➡ CAD (Computer aided design) proqramlarında işləməyi bacarmalıdır;
➡ Layihə idarəetmə bacarıqları, liderlik və kommunikasiya bacarıqları;
➡ Yaradıcılıq, kreativlik olmaq;
➡ Məkan təsəvvürünə malik olmaq;
➡ Qabaqcıl perspektiv düşüncə bacarığı;
➡ Tənqidi düşünmə bacarığı;
➡ Analitik düşüncə bacarığı;
➡ Detallara diqqət yetirməyi bacarmaq;
➡ Texnoloji dəyişiklikləri və texniki yenilikləri mənimsəməyi bacarmaq;
➡ Təlimatları dəqiq yerinə yetirmək bacarığını;
➡ Dəqiq, balanslı və məsuliyyətli qərarlar qəbul etmək bacarığını;
➡ Məsulliyətli olmaq;

Bu sahənin gələcəyi

İxtisas həm beynəlxalq, həm də lokal perspektivdə ixtisaslı kadrlar üçün perspektivli sahədir. Xüsusən də ölkəmizin coğrafi mövqeyi, İpək Yolu və cənub-şimal dəhlizi kimi proyektlərdə mühüm rol oynaması ölkə iqtisadiyyatı üçün nəqliyyat sektorunun strateji əhəmiyyətini artırır.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı sahə və qurumdan asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq aşağıdakı məbləğdədir:

400-1500 azn

Tez-tez verilən suallar

Nəqliyyat tikintisi mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Nəqliyyat tikintisi mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 254,7 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 254,7 baldır.

Nəqliyyat tikintisi mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Nəqliyyat tikintisi mühəndisliyi ixtisası 2 universitetdə tədris olunur: Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti.

Nəqliyyat tikintisi mühəndisliyi hansı qrupa aiddir?

Nəqliyyat tikintisi mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Nəqliyyat tikintisi mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Nəqliyyat tikintisi mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 2 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂