Balını yoxla

Kimya mühəndisliyi

Kimya mühəndisliyi ixtisası 8 universitetdə 13 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 668 bal.

8universitet
668ən yüksək keçid
200ən aşağı keçid
11dövlət sifarişli proqram

Kimya mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141174
Əyani 668
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114428
Əyani 624,9 624,9
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 111382
Əyani 517,8 517,8
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128336
Əyani 500,9 500,9
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141182
Əyani 492,9
Sumqayıt Dövlət Universiteti
Əyani · 148246
Əyani 481,6 200
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114396
Əyani 424,7 424,7
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158177
Əyani 417,1 200
Bakı Dövlət Universiteti
Əyani · 111374
Əyani 406,3 406,3
Azərbaycan Texniki Universiteti
Əyani · 116275
Əyani 402,4
Bakı Mühəndislik Universiteti
Əyani · 128328
Əyani 401,8 337,1
Azərbaycan Texniki Universiteti
Əyani · 116283
Əyani 401,4 307,1
Gəncə Dövlət Universiteti
Əyani · 145184
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Kimya mühəndisliyi ixtisası haqqında

1262526_8e83

İxtisasın təsviri

Mühəndisliyin əsas sahələrindən biri olan kimya mühəndisliyi xam maddələri gündəlik, faydalı məhsullara çevirməklə məşğul olur. Geyim əşyalarımız, istifadə etdiyimiz qida məhsulları və hətta istifadə etdiyimiz enerji kimya mühəndisliyindən asılıdır. Kimya mühəndisinin əsas vəzifəsi mərhələləri planlaşdırmaq və istehsal üsullarını seçməkdir ki, nəticə istənilən xüsusiyyətlərə malik yüksək keyfiyyətli məhsul olsun. Məsələn, konservantların – qidaların daha uzun müddət saxlanmasına imkan verən maddələrin istehsalı üçün metodlar hazırlayan kimya mühəndisləri idi. Kimya mühəndisləri bütün bu məhsulları əldə etmək üçün prosesləri işləyərkən eyni zamanda dünya resurslarının idarə edilməsi, ətraf mühitin qorunması, sağlamlıq və təhlükəsizlik standartlarının təmin olunmasına da yardım edir.

Peşənin tarixi

1888-ci ildə MIT (Massaçusets Texnologiya İnstitutu) Universitetində Kimya mühəndisliyi departamenti yaradılmış və universitetin professoru Lewis M. Norton dünyanın ilk dörd illik kimya mühəndisliyi üzrə tədris proqramı olan “ Course X” proqramının əsasını qoymuşdur.

Bu ixtisasın sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  1. Kimya mühəndisləri dərman, yanacaq, qida və bir çox digər məhsulların istehsalı və istifadəsi zamanı yaranan problemlərin həll etmək üçün kimya, biologiya, fizika və riyaziyyatın əsas prinsiplərini bilməlidir.
  2. Böyük miqyaslı istehsal üçün proses və avadanlıq dizayn etməyi bacarmalıdır;
  3. İstehsal yolları və yan məhsulların emalını, birbaşa təsis əməliyyatlarını planlaşdırmalı və sınaqdan keçirməlidir;
  4. Mühəndisliyin bir qolu olub, dizayn, tikinti və real problemləri həll etmək və ya faydalı məhsullar əldə etmək üçün aparılan kimyəvi reaksiyaların aparıldığı maşın və avadanlıqların işlədilməsi ilə məşğul olmalıdır.
  5. Arzuolunan meyarların maksimallaşdırılması və arzuolunmazların minimallaşdırılması ilə verilən məhdudiyyətləri nəzərə alaraq ən qənaətli və yararlı yolun tapılmasını təmin etməlidir;
  6. Mövcud proseslərin səmərəliliyini artırmaq və yenilərini inkişaf etdirməlidir;
  7. Proseslərin, materialların, məhsulların, avadanlıqların standartlaşdırılması və sertifikatlaşdırılmasını bilməlidir;
  8. Alınan məhsulların keyfiyyətinə nəzarət etməlidir;
  9. Ən səmərəli istehsal üsulunu seçmək üçün xammalın alınması, istehsal prosesləri və tullantıların atılması xərclərinin hesablanmasında iştirak etməlidir;
  10. Prosesə nəzarət: Burada, müxtəlif sensor və digər qurğulardan avtomatik olaraq əldə olunan məlumat zavodun işlədilməsi müddətində avadanlığa nəzarət edilməsi üçün istifadə olunur.
  11. Texnoloji intizam standartlarını təyin etmək və onların yerinə yetirilməsinə nəzarət etmək;

Harada bu ixtisasa sahiblənmək olar

Dövlət Universitetləri

  1. Azərbaycan Dövlət Neft və Sənaye Universitet
  2. Azərbaycan Texnologiya Universiteti
  3. Bakı Dövlət Universiteti
  4. Sumqayıt Dövlət Universiteti

Özəl Universitetlər

  1. Xəzər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

Kimya mühəndisləri karyeralarını aşağıdakı istiqamətlər üzrə davam etdirə bilərlər

  1. Laboratoriyalarda, zavod və idarələrd elmi tədqiqat, layihələndirmə, istehsalat və optimallaşdırma sahələrində məsləhətçi, tədqiqatçı kimi;
  2. Fəaliyyət sahəsi kimya sənayesi olan və ya bu sahə ilə əlaqəli olan biotexnologiya, qida, əzcaçılıq, ətraf mühit, sağlamlıq və təhlükəsizlik, enerji sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərdə kimya mühəndisi kimi (Məsələ: Socar, BP, P&G və.s)

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  1. Analitik bacarıqlar: Kimya mühəndisləri yalnız planlı işləməyə köklənməməlidirlər. Onlar düzgün suallar qoymaq və düzgün cavablar tapmaq bacarıqlarına malik olmaq.
  2. Yaradıcılıq: Kimya mühəndisləri mühəndislik prinsiplərinin tətbiqinin yeni yolarını aşkara çıxartmağı bacarmalıdırlar. Onlar yeni məmulatlar, təkmilləşdirilmiş texnikalar və kimya və biotibbi mühəndislik sahəsində yeni tətbiqləri kəşf etmək üçün çalışırlar.
  3. Şəxsi keyfiyyətlər: Onların rolu elmi prinsiplərin sənayedə tətbiqi olduğundan, kimya mühəndisləri istehsal prosesinə cəlb olunmuş digər işçilərlə yaxşı münasibət qurmağı bacarmaq.
  4. Riyazi biliklər: Kimya mühəndisləri kalkulus və digər təkmilləşmiş mövzulara dair prinsipləri analiz, dizayn və məsələ həllində istifadə etmək.
  5. Problem həlletmə bacarığı: İstehsalat üçün avadanlıqların və prosesin dizaynı zamanı bu mühəndislər işçinin təhlükəsizliyi və ətraf mühitin qorunması ilə bağlı məsələləri nəzərə alaraq ola biləcək problemləri aşkara çıxartmağı bacarmaq.
  6. Tənqidi Düşüncə – Alternativ həll yollarının, nəticələrin və ya problemlərə yanaşmanın güclü və zəif tərəflərini müəyyənləşdirmək üçün məntiq və düşüncədən istifadə etməyi bacarmaq;
  7. Dəqiq, balanslı və məsuliyyətli qərarlar qəbul etmək bacarığı;
  8. Texnoloji dəyişiklikləri və texniki yenilikləri mənimsəmək;
  9. Məsuliyyətli olmaq;
  10. Təşəbbüskar olmaq;

Bu sahənin gələcəyi

Kimya mühəndəsliyi ixtisası ağır sənayedən,yüngül sənayeyədək uzanan, tibb və ətraf mühitin qorunmasınadək müxtəlif sahələri əhatə edən geniş tətbiq sahəsinə malikdir ki, bu da bu ixtisasa geniş təlabatın olmasına səbəb olur.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı sahə və şirkətdən asılı olaraq dəyişir. Həmçini bu sahə üzrə əmək haqqlarında yerli və ya xarici şirkətlər üzrə əhəmiyyətli fərq var. Başlanğıc əmək haqqı xarici və yerli şirkətləri də nəzərə alaraq aşağıdakı kimi dəyişir:

600 -1800 AZN.

Tez-tez verilən suallar

Kimya mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Kimya mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 668 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 668 baldır.

Kimya mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Kimya mühəndisliyi ixtisası 8 universitetdə tədris olunur: Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti.

Kimya mühəndisliyi hansı qrupa aiddir?

Kimya mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Kimya mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Kimya mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 11 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂