Balını yoxla

İnformasiya Texnologiyaları Menecmenti

İnformasiya Texnologiyaları Menecmenti ixtisası 19 universitetdə 29 proqram üzrə tədris olunur. keçid balları: 200 – 662,7 bal.

19universitet
662,7ən yüksək keçid
200ən aşağı keçid
28dövlət sifarişli proqram

İnformasiya Texnologiyaları Menecmenti — universitetlər və keçid balları

UniversitetFormaDövlətÖdənişliSənin balınla
ADA Universitetitədris ingilis dilində
Əyani · 131162
Əyani 662,7 — —
ADA Universitetitədris ingilis dilində
Əyani · 131179
Əyani — 642,8 —
Azərbaycan Dövlət İqtisad Universitetitədris ingilis dilində
Əyani · 123176
Əyani 634,6 634,6 —
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123151
Əyani 591,4 591,4 —
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114347
Əyani 562,1 562,1 —
Azərbaycan Texniki Universitetitədris ingilis dilində
Əyani · 116218
Əyani 548,7 548,7 —
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128263
Əyani 521,7 521,7 —
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114322
Əyani 501,9 501,9 —
Dövlət Gömrük Komitəsinin Akademiyasıtədris ingilis dilində
Əyani · 141514
Əyani 493,6 493,6 —
Milli Aviasiya Akademiyasıtədris ingilis dilində
Əyani · 138267
Əyani 489,9 489,9 —
Azərbaycan Memarlıq və İnşaat Universitetitədris ingilis dilində
Əyani · 118219
Əyani 458,3 458,3 —
Azərbaycan Texniki Universiteti
Əyani · 116226
Əyani 433,2 433,2 —
Milli Aviasiya Akademiyası
Əyani · 138259
Əyani 421,9 421,9 —
Bakı Mühəndislik Universiteti
Əyani · 128255
Əyani 415,2 415,2 —
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118187
Əyani 377,4 377,4 —
Azərbaycan Universiteti
Əyani · 155114
Əyani 319,4 319,4 —
Sumqayıt Dövlət Universiteti
Əyani · 148221
Əyani 298,1 298,1 —
Qərbi Kaspi Universiteti
Əyani · 157164
Əyani 297,5 297,5 —
Odlar Yurdu Universitetitədris ingilis dilində
Əyani · 164113
Əyani 289 289 —
Odlar Yurdu Universiteti
Əyani · 164121
Əyani 281,3 281,3 —
Bakı Avrasiya Universiteti
Əyani · 162112
Əyani 268,6 268,6 —
Azərbaycan Dövlət İqtisad UniversitetiZaqatala filialı
Əyani · 123865
Əyani 249,6 200 —
Qərbi Kaspi Universitetitədris ingilis dilində
Əyani · 157156
Əyani 248,2 200 —
Bakı Biznes Universiteti
Əyani · 165118
Əyani 246,5 246,5 —
Naxçıvan Dövlət Universiteti
Əyani · 142219
Əyani 234,2 234,2 —
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144171
Əyani 232 200 —
Lənkəran Dövlət Universiteti
Əyani · 151161
Əyani 224,2 200 —
Mingəçevir Dövlət Universiteti
Əyani · 149226
Əyani 213,6 200 —
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147152
Əyani 206,7 200 —

Mənbə: DİM, qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

İnformasiya Texnologiyaları Menecmenti ixtisası haqqında

Texnologiyanın sürətli inkişafı və digər elm sahələrinə olan yüksək diffuziyası menecmentdən də yan keçmədi. Bunu nəzərə alaraq, bu məqaləni menecmentin əhəmiyyətli bir qolu olan “İnformasiya Texnologiyaları Menecmenti”-nə həsr etdim. Çalışacağam ki, aşağıdakı suallara cavab verərək hazırda ölkəmizdə bu sahənin inkişafının hansı səviyyədə olduğunu və gənclərin gələcəkdə uğurlu bir IT menecer olmaq üçün hansı vasitələrdən istifadə etməli olduqlarına dair bir “yol xəritəsi” hazırlayım.

Menecment nədir?

Menecment bütün idarəetmə növlərinin uğurlu fəaliyyət göstərməsi, həmçinin, mütəşəkkil bir həyat üçün olduqca zəruri bir elementdir. Yaxşı idarəetmə strukturu bütün uğurlu şirkətlərin onurğa sütununu təşkil edir. Həyatı idarə etmək gündəlik yaşamımızda qarşımıza qoyulan məqsədlərə çatmaq üçün atdığımız addımlar məcmusudur. Hər hansı bir təşkilatı idarə etmək isə təşkilatın strateji hədəflərinə müəyyən edilmiş zaman kəsiyində insanları düzgün şəkildə “səfərbər” etməklə nail olmaqdır. Müasir dövrdə menecmentin bir elm, yaxud bir fəaliyyət olması haqda kifayət qədər mübahisəli fikirlər mövcud olsa da, əksəriyyət belə fikirdədir ki, akademik menecment biliklərinə sahib olmaq idarəetmədə fövqəladə əhəmiyyətə malikdir. Demək olar ki, hazırda bütün uğurlu baş icraçı direktorlar (CEO) elmi biliklərə yiyələnmək üçün təhsil səviyyəsi yüksək olan universitetlərin məzunlarıdır.“Menecment” məfhumu müxtəlif məqsədlərə yönəlmiş yüzlərlə təşkilatların maraqlarına təxminən iki əsrdən çox xidmət etdiyinə görə zaman keçdikcə onun izah edilməsi üçün verilən təriflər də dəyişikliklərə məruz qalmışdır. Müasir anlamda menecment – bazar iqtisadiyyatı şəraitində müəssisələrin idarə edilməsidir.

İnformasiya Texnologiyaları Menecmenti nədir?

İnformasiya Texnologiyaları Menecmenti (İTM) – informasiya texnologiyaları ilə əlaqəli bütün mənbələrin təşkilatın prioritetlərinə və ehtiyaclarına uyğun idarə olunduğu bir prosesdir. Bu prosesə şəbəkə avadanlığı, insanlar və kompüterlər kimi maddi avadanlıqlar, həmçinin proqram və məlumat kimi qeyri-maddi mənbələr daxildir. İTM-nin əsas məqsədi texnologiya və strategiyanı uyğunlaşdıraraq məqsədlərə daha qısa, dəqiq və səmərəli yolla nail olmaqdır. Bu sahəyə olan tələbat o qədər yüksəkdir ki, 2024-cü ilə qədər İT menecerlərə olan tələbatın hər il 15 faizə kimi yüksələcəyi proqnozlaşdırılır.

Bu sahədə necə uğurlu olmaq olar və daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün nə etmək lazımdır?

Bu sahədə uğurlu olmaq üçün idarəçilik qabiliyyətinin texnoloji biliklərlə sintezi önəmlidir. Əsas prisnsiplər isə bunlardır:

  1. Strateji düşünmə bacarığı. İT menecerlər, adətən, bir neçə il texnologiya ilə əlaqəli iş təcrübəsinə malik olurlar. Onlar təşkilatın məqsədinə çatması üçün texnologiyanın oynadığı rolu anlayır və gələcək texnoloji ehyiyacların nələr olacağını əvvəlcədən müəyyənləşdirir.
  2. Məlumatın dəqiqliyini hər detalına qədər yoxlamaq. Kiçik bir texnoloji səhv bir təşkilat üçün baha başa gələ bilər. Kiçik bir misal: Beynəlxalq Biznes Maşınlarının qiymətli kağızlarla bağlı apardığı araşdırmada bildirilmişdi ki, hər bir məlumat pozuntusu, orta hesabla 3.86 milyon dollar zərərə səbəb olur. Ən önəmlisi isə menecerlər mümkün problemlər ortaya çıxmazdan əvvəl qabaqlayıcı tədbirlər görməlidir.
  3. İT menecerlər güclü Layihə İdarəetmə bacarıqlarına sahib olmalıdırlar. Məsələn, bir İT menecer mövcud proqram və avadanlığın yenilənməsini planlaşdırmaq, satıcılar ilə danışıqlar aparmaq və ya yeni bir kompüter sisteminin qurulmasını təşkil etməkdə peşəkar olmalıdır. Uğurlu İT menecerlər bu cür layihələri vaxtında və dəqiq yerinə yetirməlidirlər.
  4. Öyrənməyə davam etmək istəyi. Texnologiya durmadan inkişaf edir və şirkətlər ən səmərəli həll yollarını tapmaq üçün innovativ İT liderlərə ehtiyac duyur. CCNA, Cisco və CompTİA sertifikatlarını qazanmaqla gələcəkdə iş tapmaqda şanslarınızı xeyli yüksəldə bilərsiniz.

Əlavə olaraq onu da qeyd edim ki, bir İT menecer liderliyi, məlumatların təhlil edilməsini, büdcənin idarə edilməsini və informasiya sistemlərini yüksək səviyyədə bilməlidir.

İxtisas üçün xaricdə təhsil vacibdirmi?

Cavabım birmənalıdır. Bəli,vacibdir. Bu sahədə karyera qurmaq istəyənlər, nəinki Azərbaycanda, hətta İnkişaf Etmiş Ölkələrdə belə insanlar daha uğurlu olmaq üçün xaricdə təhsil almağa üz tuturlar. Nəzərə alsaq ki, ölkəmizdən avropaya tələbə axını daha çoxdur, bunu nəzərə alaraq, bu ixtisas üzrə avropanın ən yaxşı universitetlərini siyahıya əlavə etdim. İTM üzrə avropanın ən yaxşı 5 universiteti bunlardır:

  1. NOVA Information Management School (Portuqaliya, Lissabon)
  2. WU Viena University of Economics and Business (Avstriya)
  3. Copenhagen Business School (Danimarka)
  4. Erasmus University Rotterdam (Hollandiya)
  5. ESSEC Business School (Fransa)

Bu sahədə karyeranı necə planlamaq və qurmaq lazımdır?

İTM ixtisası üzrə karyera yolu çox fərqli ola bilər, çünki şirkətlər bu vəzifə üçün işə götürəndə ən əsası namizədin təcrübəsini nəzərə alırlar. Dünya təcrübəsində İT menecerlərin karyeraları boyunca tutduğu vəzifələr, əsasən, bu ardıcıllıqla davam edir:

  • Proqram mühəndisi
  • Proqram meneceri
  • Layihə üzrə baş menecer
  • İT xidmətlər üzrə direktor
  • İnformasiya Texnologiyaları üzrə vitse prezident
  • Baş İnformasiya Rəhbəri

Gördüyünüz kimi, bu sahədə ilk addımları atmaq üçün bir neçə seçim var. İstər əmək haqqınız yüksək olsun, istərsə də xüsusi karyera hədəfləriniz olsun, İT menecer olmaq üçün texnologiya biliklərini zamanla praktikada təcrübəyə çevirmək lazımdır. Hər zaman sizi ayaqda saxlaya biləcək innovativ bir karyera axtarırsınızsa, ixtisasdan asılı olmayaraq, artıq həmin sahənin texnologiya tərəfini öyrənmək vacibdir.

Tez-tez verilən suallar

İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

qəbulunda İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 200 ilə 662,7 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 662,7 baldır.

İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisası 19 universitetdə tədris olunur: ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Universiteti, Sumqayıt Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Odlar Yurdu Universiteti və digərləri.

İnformasiya texnologiyaları (tədris ingilis dilində) hansı qrupa aiddir?

İnformasiya texnologiyaları (tədris ingilis dilində) 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

ödənişli əsasda İnformasiya texnologiyaları (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 28 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂