Balını yoxla

Qida mühəndisliyi

Qida mühəndisliyi ixtisası 12 universitetdə 14 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 450,7 bal.

12universitet
450,7ən yüksək keçid
200ən aşağı keçid
11dövlət sifarişli proqram

Qida mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Türkiyə-Azərbaycan Universitetitədris ingilis dilində
Əyani · 175721
Əyani 450,7
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123265
Əyani 388,6 388,6
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114477
Əyani 371,6 371,6
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147193
Əyani 365,3 200
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123257
Əyani 359,6 359,6
Bakı Dövlət Universiteti
Əyani · 111399
Əyani 355,1 355,1
Lənkəran Dövlət Universiteti
Əyani · 151194
Əyani 338,5 200
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144211
Əyani 334,2 200
Azərbaycan Texniki Universiteti
Əyani · 116331
Əyani 328,3 200
Bakı Mühəndislik Universiteti
Əyani · 128377
Əyani 327,1 200
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114469
Əyani 325,6 303,1
Qərbi Kaspi Universiteti
Əyani · 157229
Əyani 200
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 136111
Əyani 200
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154134
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Qida mühəndisliyi ixtisası haqqında

İxtisasın qısa təsviri

Qida mühəndisliyi yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə əlaqədar sahədir. ABŞ alimləri 1989-cu ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçüləri oldular. Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrindən lazımi miqdarda istifadəni, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir. Bundan əlavə mühəndis müxtəlif məhsul qruplarını yaratmaq üçün istifadə olunan avadanlıqların və avtomatlaşdırma sistemlərinin dizaynında, işə salınmasında iştirak edir. Texnoloji proseslərə nəzarət edir, emalatxananın işini yaxşılaşdırmağa kömək edən yeni həllər və avadanlıqlar axtarır. Bu sahə fizika, riyaziyyat və kimya ilə maraqlananlar üçün uygundur.

Peşənin tarixi

İlk dəfə ABŞ alimləri 1989-cu ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçüləri oldular.Ölkəmizdə 1941 – ci ildən etibarən tədrisinə başlanılmışdır.

İş öhdəliklər

➡ Saxtakarlığa yol verməyərək insan sağlamlığına zərərli olmayan qida məhsullarının hazırlanması;
➡ Qidanın tarladan süfrəyə qədər istehsalının bütün addımlarının öyrənilməsi;
➡ Qidanın keyfiyyətinin ölçülməsi;
➡ Qidanın rəf ömrünün uzadılması;
➡ Qidanın zərərli mikrobial inkişafının qarşısının alınması;
➡ Qidanın fermentlərini və teksturasına təsir edən amillərə nəzarət edilməsi;
➡ Qidada deaktiv ediləcək mikroorqanizmaya qərar verilməsi;
➡ Qidanın saxlanma mühitinin seçilməsi;
➡ Texnoloji sənədləri və yeni məhsulların istehsalı üçün resept hazırlayır; onun maya dəyərini, vaxt xərclərini, xammalın istehlak nisbətlərini hesablayır;
➡ Müəssisədə sanitar norma və qaydalara riayət edilməsinə nəzarət;
➡ Qida istehsalında istifadə olunan avadanlıq və sistemlərin dizaynı, texniki xidməti, modernləşdirilməsi;
➡ İş prosesinin optimallaşdırmağa kömək edəcək yeni texnologiyaların tətbiqi;
➡ Yaranan problemləri təhlil edir, onların həlli üçün təkliflər vermək;
➡ Tədqiqat, böyük dünya şirkətlərinin təcrübəsinin öyrənilməsi;
➡ Avadanlıqların istismarının təhlili, istehsal qüsurlarını azaltmaq üçün həll yollarının axtarışı;
➡ Sahələrdə və şirkətin filiallarında işçilərin təlimi;
➡ Texniki sənədlərin hazırlanması: broşuralar, təlimatlar, qeydlər, marşrut xəritələri və s.

Harada bu ixtisasa sahiblənmək olar

➡ Azərbaycan Dövlət Aqrar Universiteti
➡ Azərbaycan Dövlət İqtisad Universiteti
➡ Azərbaycan Koorperasiya Universiteti
➡ Azərbaycan Texnologiya Universiteti
➡ Azərbaycan Turizm və Menecment Universiteti
➡ Azərbaycan Texnologiya Universiteti
➡ Lənkəran Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

➡ Qida Təhlükəsizliyi İnstitutu
➡ Qida standartları qurumları
➡ Otellər
➡ Restoranlar
➡ “EKO Aqroistehsalat Şirkəti” MMC
➡ ATEF Şirkətlər Qrupu MMC
➡ Atropatena QSC
➡ ATENA MMC
➡ Hakanfoods Azerbaijan Trading
➡ Azersun Holding
➡ AzGranata

Bu ixtisas üzrə lazım olan bacarıqlar

Bu ixtisas üzrə xüsusi bacarıq tələb edilmir. Təməl kompetensiya isə bunlardır

➡ Diqqətcillik
➡ Məsuliyyətlilik
➡ Ünsiyyət bacarığı;
➡ Analitik düşüncə;
➡ Tələbkarlıq;
➡ Təşəbbüskar;
➡ Təlimatları dəqiq yerinə yetirmək bacarığını;
➡ Şirkətlə işləyən mövcud təchizatçılarla əlaqənin saxlanılması;
➡ Kollektivlə və komandada işləməyi bacarmalıdır;
➡ Fiziki dözümlülük;
➡ Yaxşı müşahidə qabiliyyəti;
➡ Problemləri, dəqiq şəkildə müəyyən etmək;
➡ Mühəndislik bacarıqları;

Bu sahənin gələcəyi

İnsanın bədən qoxusundan psixologiyasına qədər hər şeyi yüksək nisbətdə qidayla əlaqəlidir. Artan xəstəliklər, insan sayı, sürətli gündəlik həyat, şəhər həyatına keçid sağlam,eyni zamanda rəf ömrü uzun olan qidaya ehtiyac yaradır. Bunu təmin etmək isə Qida Mühəndislərinin işidir.

Bu ixtisas üzrə maaşlar

400 – 2000 AZN

Tez-tez verilən suallar

Qida mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Qida mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 450,7 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 450,7 baldır.

Qida mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Qida mühəndisliyi ixtisası 12 universitetdə tədris olunur: Türkiyə-Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti.

Qida mühəndisliyi hansı qrupa aiddir?

Qida mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Qida mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Qida mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 13 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂