Balını yoxla

Kommunikasiya sistemləri mühəndisliyi

Kommunikasiya sistemləri mühəndisliyi ixtisası 3 universitetdə 5 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 379,7 bal.

3universitet
379,7ən yüksək keçid
200ən aşağı keçid
5dövlət sifarişli proqram

Kommunikasiya sistemləri mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123224
Əyani 379,7 379,7
Azərbaycan Memarlıq və İnşaat Universitetitədris ingilis dilində
Əyani · 118292
Əyani 257,5 200
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118316
Əyani 247,2 200
Bakı Mühəndislik Universiteti
Əyani · 128344
Əyani 244,4 200
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118284
Əyani 223,5 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Kommunikasiya sistemləri mühəndisliyi ixtisası haqqında

Kommunikasiya sistemləri mühəndisliyi ixtisası

İxtisasın təsviri

Kommunikasiya sistemləri mühəndisi informasiyanın şəbəkələr üzərindən işlənməsi, ötürülməsi və istifadə edilməsi üçün lazım olan sistemi quran peşə sahibidir. Xəbərləşmə sektorunda yer alan kommunikasiya mühəndisliyinin tətbiq sahəsi olduqca genişdir, odur ki, bir şirkətdə kommunikasiya mühəndisləri yeni şəbəkə və kommunikasiya sistemlərinin dizaynı və yaradılması ilə məşğul olduğu təqdirdə, başqa bir şirkətin tələbindən asılı olaraq mövcud sistemlərin qorunması və onlara xidmət göstərilməsindən məsul ola bilərlər.

İxtisasın tarixi

Kommunikasiya prosesi kiçik bir informasiya mübadiləsindən tutmuş, söhbətlər və ya hətta böyük həcmli data mübadiləsi kimi başa düşülə bilər. Odur ki, proses olaraq kommunikasiyanın təməli günümüzdən 500 min il əvvələ qədər gedib çıxır və zaman-zaman yazının yaranması ilə daha da inkişaf edir. Bir sahə olaraq isə teleqrafların, fonoqrafların, telefonların, radio və televiziyanın yaranması ilə bərabər təməli qoyulur və internet anlayışının ortaya çıxması ilə birlikdə özünün ən pik mərhələsinə qədəm qoyur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Şəbəkə və kommunikasiya sistemlərini dizayn etmək;
  • Şəbəkə və kommunikasiya sistemləri yaratmaq;
  • Sorğular aparmaq;
  • Mövcud sistemlərin çatışmazlığını müəyyənləşdirmək və aradan qaldırmaq;
  • Zərər görmüş sistemləri bərpa etmək və s.

Harada bu ixtisasa sahiblənmək olar?

“Kommunikasiya sistemləri mühəndisliyi” ixtisası Nazirlər Kabinetinin 2019-cu il 15 sentyabr tarixli qərarına əsasən yeni yaradılan ixtisaslardan biridir. Bu səbəbdən ixtisasın tədris olunacağı ali və peşə ixtisası müəssisələrinin siyahısı barədə məlumat hələlik açıqlanmayıb.

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Televiziya;
  • Radio;
  • İnternet;
  • Radar sistemləri;
  • Peyk xəbərləşmə;
  • Mobil kommunikasiya və s. sahələrdə işləyə bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Problem həlletmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Texniki biliklər;
  • Şəbəkə və kommunikasiya sistemləri haqqında dərin biliklər;
  • Komandada işləyə bilmək bacarığı;
  • Kreativlik;
  • Təşkilati və idarəetmə bacarıqları;
  • Stress altında işləməyi bacarmaq.

İxtisasın gələcəyi

İxtisasın bir çox tətbiq sahələri olduğundan onun gələcəyi də daha çox hansı sahə üzrə ixtisaslaşmaqdan asılıdır. Belə ki, günümüzdə ən çox gələcək vəd edəcək sahələrinin daha çox internetlə, bulud sistemləri ilə bağlı olan sahələr olduğunu deyə bilərik.

Əmək haqqı

İxtisas sahiblərinin bilik və bacarıqlarından, tutduqları vəzifə və işlədikləri şirkətlərdən asılı olaraq məvaciblər aylıq olaraq ortalama 450–1500 AZN arasında dəyişməkdədir.

Tez-tez verilən suallar

Kommunikasiya sistemləri mühəndisliyi (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Kommunikasiya sistemləri mühəndisliyi (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 200 ilə 379,7 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 379,7 baldır.

Kommunikasiya sistemləri mühəndisliyi (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Kommunikasiya sistemləri mühəndisliyi (tədris ingilis dilində) ixtisası 3 universitetdə tədris olunur: Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti.

Kommunikasiya sistemləri mühəndisliyi (tədris ingilis dilində) hansı qrupa aiddir?

Kommunikasiya sistemləri mühəndisliyi (tədris ingilis dilində) 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Kommunikasiya sistemləri mühəndisliyi (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Kommunikasiya sistemləri mühəndisliyi (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 5 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂