Balını yoxla

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisası 1 universitetdə 1 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 257,9 bal.

1universitet
257,9ən yüksək keçid
200ən aşağı keçid
1dövlət sifarişli proqram

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Dəniz Akademiyası
Əyani · 139199
Əyani 257,9 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisası haqqında

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisası

İxtisasın təsviri

İxtisas dənizçilik ixtisasları qrupuna daxil olan, mühəndislik ixtisasıdır. İxtisas məzunları gəmi inşasında çertyojların çəkilməsi və mühüm hesabatların aparılması üzrə ixtisaslı kadr olaraq hazırlanırlar. “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr ümumpeşə hazırlığı fənləri ilə yanaşı ixtisaslaşmaya aid gəmilərin quruluşunu, üzmə keyfiyyətlərini, gəmi gövdəsinin konstruksiyalarını, gövdə konstruksiyalarının qaynaq texnologiyasını, gövdənin korroziyadan mühafizə tədbirlərini, gəmi inşaat mexanikasını, gəmiqayırma və gəmi təmiri texnologiyasını, gəmilərin layihələndirilməsini, avtomatik layihələndirmə sistemlərini və bu sahədə tətbiq edilən xüsusi müasir proqram təminatlarını (CADMATIC, Autodesk Inventor, AutoCad) öyrənirlər.

İxtisasın tarixi

Sahənin tarixi İngiltərədə gəmi ilə şərab daşınmasının inkişafı ilə bağlı olmuşdur. Sonradan XIII əsrin sonlarına yaxın davamlılıq və digər prinsiplər əsas götürülərək bu sahə inkişaf etdirilmişdir. Bu vaxta qədər taxtadan inşa olunan gəmilər, artıq tədricən metaldan hazırlanmağa başlanıldı.

Ölkəmizdə akademiya (Azərbaycan Dövlət Dəniz Akademiyası) 1996-cı ildən fəaliyyət göstərir və 2013-cü ildə ilk gəmiqayırma zavodu tikilib (bundan əlavə daha 2 təmir zavodu var).

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə məzun olanlar bu sahədə fəaliyyət göstərən müəssisə və təşkilatlarda mühəndis, texnoloq, konstruktor və s. vəzifələrdə çalışa bilərlər. İlk olaraq məzun zavodda fəhlə (qaynaqçı) kimi işə başlayır və gəmi hissələrinin təmiri və ya tikintisi işləri ilə birbaşa məşğul olur. Daha sonra isə baş mühəndisə qədər yüksəlmək imkanı əldə edirlər. Qeyd olunan vəzifələrdən asılı olaraq iş öhdəliklərini aşağıdakı kimi ümumiləşdirmək olar:

  • Gəmi hissələrinin təmiri, tikintisi və qaynaq işlərinin həyata keçirilməsi
  • Təmir işlərinin aparılması, işlərin keyfiyyətli və vaxtında yetirilməsi, işin gedişi ilə bağlı gündəlik hesabatın hazırlanması
  • Gəmi tikintisi və təmiri ilə bağlı layihələndirmə işləri, xüsusi proqramlar vasitəsilə çertyojların hazırlanması

Harada bu ixtisasa sahiblənmək olar?

➝ Azərbaycan Dövlət Dəniz Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • “Bakı Gəmiqayırma Zavodu”
  • Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi nəzdində olan təmir və tikinti zavodlarında
  • “Palmali” şirkətlər qrupu və digər özəl şirkətlərdə
  • XDNLA-ETİ (layihə institutu)

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Analitik düşünmə bacarığı
  • Hesablama bacarığı
  • Analiz etmək bacarığı
  • Əl qabiliyyətinin yaxşı olması (çertyoj çəkmək üçün)
  • Avtomatik layihələndirmə sistemlərini və bu sahədə tətbiq edilən xüsusi müasir proqram təminatları (CADMATIC, Autodesk Inventor, AutoCad) üzrə biliklər
  • Kompüter bilikləri

İxtisasın gələcəyi

Bu sahə ölkədə yeni sektordur, inkişaf etməkdədir. Xəzər hövzəsindəki ən böyük zavodlar bizimdir və nəticə etibarı ilə çox sayda sifarişlər həyata keçirilir. Bu sahə günü-gündən inkişaf edir və savadlı kadrlara ehtiyac artır.

Əmək haqqı

Bu sahə üzrə başlanğıc əmək haqqı 600 AZN civarındadır. Məbləğ təmirə gələn gəmilərin sayından (eləcə də tikilən gəmilərin) və s. asılı olaraq artır.

Tez-tez verilən suallar

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 257,9 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 257,9 baldır.

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisası 1 universitetdə tədris olunur: Azərbaycan Dövlət Dəniz Akademiyası.

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi hansı qrupa aiddir?

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Gəmiqayırma və gəmi təmiri mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 1 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂