Balını yoxla

Kompüter elmləri

Kompüter elmləri ixtisası 12 universitetdə 19 proqram üzrə tədris olunur. 2025 keçid balları: 250 – 692,6 bal.

12universitet
692,6ən yüksək keçid
250ən aşağı keçid
17dövlət sifarişli proqram

Kompüter elmləri — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
ADA Universitetitədris ingilis dilində
Əyani · 131113
Əyani 692,6
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141117
Əyani 672,8
ADA Universitetitədris ingilis dilində
Əyani · 131121
Əyani 641,6
Bakı Ali Neft Məktəbitədris ingilis dilində
Əyani · 141125
Əyani 623,2
Azərbaycan Dövlət İqtisad Universiteti
Əyani · 123119
Əyani 583,1 583,1
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114144
Əyani 567,1 567,1
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Əyani · 129113
Əyani 558,9 558,9
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 111252
Əyani 537,3 537,3
Azərbaycan Texniki Universitetitədris ingilis dilində
Əyani · 116112
Əyani 526,7 526,7
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128133
Əyani 516,1 515,8
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114128
Əyani 476,8 476,8
Bakı Dövlət Universiteti
Əyani · 111236
Əyani 427,9 427,9
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158136
Əyani 427,2 427,2
Azərbaycan Texniki Universiteti
Əyani · 116129
Əyani 408 408
Bakı Mühəndislik Universiteti
Əyani · 128125
Əyani 394,6 394,6
Qərbi Kaspi Universiteti
Əyani · 157123
Əyani 293,3 293,3
Gəncə Dövlət Universiteti
Əyani · 145168
Əyani 272,6 272,6
Mingəçevir Dövlət Universiteti
Əyani · 149161
Əyani 255,3 250
Qərbi Kaspi Universitetitədris ingilis dilində
Əyani · 157115
Əyani 252,2 250

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Kompüter elmləri ixtisası haqqında

İxtisasın təsviri

Kompüter elmləri kompüter qurğularında məlumatların necə toplanması, saxlanması və emalını öyrənir. Qısaca, kompüter elmləri kompüterlər və hesablama sistemləri haqqında elmdir. Kompüter və elektrik mühəndisliyindən fərqli olaraq, bu sahə daha çox proqram təminatı və sistemlərindən bəhs edir ki, bura onların nəzəriyyəsi, dizaynı, inkişaf etdirilməsi və tətbiqi daxildir. Baxmayaraq ki, proqlamlaşdırma bu sahədəki başlıca bölmədir, lakin bu onun sadəcə bir hissəsidir. Bundan əlavə buradakı digər əsas sahələr sırasına kompüter sistemləri, şəbəkələr, mühafizə, kriptoqrafiya, süni intellekt, verilənlər bazası, insanla kompüter arasındaki əlaqə, görüntü və əlaqə, ədədi analiz, proqlamlaşdırma dilləri, proqram təminatı mühəndisliyi, bioinformatika və hesablama nəzəriyyəsi daxildir. Kompüter elmləri, proqramları həll etmək və kompüterin proqram və aparat təminatının performansını ölçmək üçün alqoritmlər hazırlayır. Buna görə kompüter elmləri mütəxəssisləri həm də informasiyanın emalı, saxlanılması və tətbiqini təmin edən riyaziyyatçılardır.

İxtisasın tarixi

Bu sahə ilk elektron kompüterlərin yarandığı XX əsrin 60-cı illərində ortaya çıxdı. İnkişaf etməkdə olan sənaye və insan fəaliyyətinin digər sahələri getdikcə artan məlumatların emalı sahəsində inqilabi həllər, onun sistemləşdirilməsi və etibarlı saxlanılmasını təmin edən yeni yanaşmalar tələb etməyə başladı və bu da ixtisasın inkişafına səbəd oldu.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Tətbiqi problemlərin təhlilində riyazi və alqoritmik modelləşdirmə metodlarını tətbiq etmək
  • İnformasiyanı emal etməli
  • İnformasiyanın saxlanılması və tətbiqini təmin etməli
  • Alqoritmlər hazırlamalı
  • Kompüterin proqram və aparat təminatının performansını ölçməli
  • Sənaye sahəsində baş vermiş problemi həll etmək üçün proqram təminatı hazırlamalı
  • Texnologiya və kompüter qurğularının idarəetmə sistemlərindən istifadə etmək
  • Elmi məqalələr və elmi-texniki hesabatlar hazırlamaq
  • Elmi və texniki işin təşkilində iştirak, nəzarət və qərarlar qəbul etmək, habelə perspektivləri təyin etmək
  • Tədqiqat seminarlarında, konfranslarda, simpoziumlarda iştirak etmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • Bakı Dövlət Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Xəzər Universiteti
  • Qərbi Kaspi Universiteti
  • Odlar Yurdu Universiteti
  • Celt colleges (kurs)

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Banklar və maliyyə qurumlarında
  • Startup təşkilatlarında
  • Google, Apple, Uber ve s. kimi böyük texnoloji şirkətlərdə
  • KPMG, McKinsey kimi konsultasiya şirkətlərdə
  • Elmi-tədqiqat ve inkisaf institutlarında
  • Azərkosmos açıq səhmdar cəmiyyətində
  • Təhsil qurumlarında
  • Komputer elmləri ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq informatika fənnini tədris edə bilər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • riyazi və analitik biliklərə sahib olmalı
  • kompüter sistemləri ilə işləməyi bacarmalı
  • dəqiq olmalı
  • qraflar nəzəriyyəsini bilməli
  • veb-texnologiyası ilə işləməyi bacarmali
  • proqram təminatı və sistemləri ilə işləməyi bacarmalı
  • proqlamlaşdırmanı bilməli
  • şəbəkələr, mühafizə, kriptoqrafiya, süni intellekt, verilənlər bazası, ədədi analiz kimi anlayışları qavramalı
  • proqlamlaşdırma dilləri, proqram təminatı mühəndisliyi, bioinformatika kimi nəzəri biliklərə sahib olmalı
  • məsuliyyət və təşəbbüskarlıq;
  • çalışqanlıq və diqqətlilik bacarığı;
  • məntiqi təfəkkür;
  • güclü yaddaş;
  • analitik düşüncə.

İxtisasın gələcəyi

Hal-hazırda yaşadığımız dövr texnologiya dövrüdür və bu da bilavasitə kompüterlə bağlıdır.
Araşdırmalar sübut edir ki, kompüter elmləri tələbələrinin məzun olduqdan sonrakı ilk 6 ay ərzində iş tapmaq şansları böyükdür. Nəzərə alsaq ki, hal-hazırda bütün şöbələrdə kompüterlərdən istifadə olunur, onda bu statistika özünü doğruldur.

Əmək haqqı

Əmək haqqı müvafiq olaraq 400 -1500 azn və daha çox ola bilər.

Tez-tez verilən suallar

Kompüter elmləri ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Kompüter elmləri ixtisası üzrə keçid balları 250 ilə 692,6 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 692,6 baldır.

Kompüter elmləri ixtisası hansı universitetlərdə var?

Kompüter elmləri ixtisası 12 universitetdə tədris olunur: ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti.

Kompüter elmləri hansı qrupa aiddir?

Kompüter elmləri 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Kompüter elmləri ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Kompüter elmləri ixtisasına ən aşağı keçid balı 250 olub. Ödənişli yerlər 17 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂