Balını yoxla

Mexanika mühəndisliyi

Mexanika mühəndisliyi ixtisası 7 universitetdə 9 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 315,9 bal.

7universitet
315,9ən yüksək keçid
200ən aşağı keçid
9dövlət sifarişli proqram

Mexanika mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114541
Əyani 315,9 315,9
Xəzər Universitetiitədris ingilis dilində
Əyani · 158193
Əyani 295,6 200
Milli Aviasiya Akademiyası
Əyani · 138331
Əyani 291,6 291,6
Bakı Mühəndislik Universitetitədris ingilis dilində
Əyani · 128433
Əyani 252,3 200
Bakı Mühəndislik Universiteti
Əyani · 128425
Əyani 249,5 200
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118357
Əyani 241,6 200
Azərbaycan Texniki Universiteti
Əyani · 116397
Əyani 231,5 200
Sumqayıt Dövlət Universiteti
Əyani · 148279
Əyani 221,5 200
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114533
Əyani 218,5 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Mexanika mühəndisliyi ixtisası haqqında

İxtisasın təsviri

Mexanika mühəndisliyi ən qədim və rəngarəng mühəndislik ixtisaslarından biridir. Mühəndisliyin bu qolu fizikanı, riyaziyyatı və materialşünaslıq prinsiplərini özünə daxil edir. Mexanika mühəndisliyinə kompozitlər, mexatronika və nanotexnologiya kimi sahələrdə rast gəlinir. Mexanika mühəndisliyi, həmçinin metallurgiya mühəndisliyi, inşaat mühəndisliyi, aerokosmik mühəndisliyi, elektrik mühəndisliyi, kimya mühəndisliyi, sənaye mühəndisliyi və başqa mühəndislik fənləri ilə müəyyən miqdarda üst- üstə düşür. Mexanika sistemlərini dizayn və istehsal etmək üçün mexanika mühəndislərinin mexanika, dinamika, termodinamika, elektrik və struktur analizi üzrə dərin biliklərə ehtiyacı vardır. Fizika və riyaziyyatla maraqlananlar üçün uyğun peşədir.

Peşənin tarixi

Mexanika mühəndisliyi sahə kimi XVIII əsrdə Sənaye İnqilabı ərzində ortaya çıxdı. Xəzər universitetində 2014 – ci ildən tədris olunur.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Mexanika mühəndisləri miniatür bağlayıcılar kimi kiçik hissələrdən tutmuş böyük qazma maşınlarına kimi hər şeyi dizayn və istehsal edə bilirlər.
  • Onlar başdan sona kimi estetika, funksionallıq və davamlılığa görə dizayn edirlər.
  • Mexanika mühəndislərinin dizayn və təkmilləşdirə biləcəyi məhsullar: ötürücülər, mühərrik hissələri, təyyarə mühərrikləri, idarə sistemləri, protez qurğuları, disk sürücüləri, yarımkeçirici alətləri, sensorlar, qaz turbinləri, külək turbinləri, yanacaq kameraları, kompressorlar, robotlar, maşın alətləri və s.
  • Mexanika mühəndisləri həm də biotexnologiyada, kompyuter və elektronikada, avtomatlaşdırmada, istehsal sənayesində böyük rol oynayır. Onlar dizayn edir, təkmilləşdirir, tikir və bütün növ mexanik qurğuları, alətləri, mühərrikləri və maşınları sınaqdan keçirir
  • Texnoloji avadanlıqların texniki vəziyyətini və qalıq ömrünü yoxlamaq, müntəzəm baxış və təmir işlərini təşkil edilməsi;
  • Avadanlıqların istismar təlimatlarını və test proqramlarını tərtib etmək;
  • Yeni məhsul nümunələrinin, məhsul hissələrinin quraşdırılması, istismara verilməsi, sınaqdan keçirilməsi və istismara verilməsi işləri həyata keçirikməsi;
  • Texniki sənədləri tərtib etmək (iş cədvəli, təlimatlar, smeta, planlar)
  • Hazırlanmış layihələrin və texniki sənədlərin standartlara, texniki şərtlərə və digər normativ sənədlərə uyğunluğuna nəzarət etmək;
  • İstehsal bölmələrinin fəaliyyətini izləmək və qiymətləndirmək;
  • Maşınqayırma sahəsində yeni tədqiqatların və inkişafın nəticələrinin tətbiqi barədə elmi hesabatlar hazırlamaq;
  • Texniki vasitələrin, sistemlərin, proseslərin, avadanlıqların və materialların standartlaşdırılması və sertifikatlaşdırılması üzrə işlər aparmaq;

Harada bu ixtisasa sahiblənmək olar

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Azərbaycan Dövlət Texniki Universiteti
  • Azərbaycan Memarlıq və inşaat Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Xəzər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

Mexanika mühəndisləri əsasən

  • Mühəndislik servislərində, araşdırma və təkmilləşdirmədə, istehsal sənayelərində və federal hökümətdə işləyir.
  • Ümumi təyinatlı maşın istehsalında, maşın hissələri istehsalında, başqa şirkətlərin idarə etməsində, sınaq laboratoriyalarda işləyir.
  • Mexanika mühəndisləri faktiki olaraq yenilik baş verən istənilən yerdə iş tapa bilərlər və müxtəlif sənayelərdə (maşınqayırma, kimya, konstruksiya, müdafiə, elektronika, istehlak malları, dəniz, materiallar, metal və s.) iş götürənlər tərəfində axtarılır.
  • Mexanika mühəndisləri həm də mühəndislik olmayan sahələrdə, mühəndislik sənayesinin daxilində və xaricində işləyə bilər. Bu sahələr ola bilər: maliyyə, idarəetmə, hüquq, hərbi, hökumət, tibbi, tədqiqat, texniki satışlar, texniki məsləhət, texniki nəşr və ya elmi jurnalistika və təhsil. Təkmilləşdirilmiş protez ayaqdan uşaq oyuncaqlarına kimi mexanika mühəndisliyi dərəcəsi sizə sənaye və lahiyələrin hissəsi olmaq imkanı verir
  • Məhsulun keyfiyyətinə nəzarət etməyi bacarmalı

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

Mexanika sistemlərini dizayn və istehsal etmək üçün mexanika mühəndisləri

  • Mexanika, dinamika, termodinamika, elektrik və struktur analizi üzrə dərin biliklərə yiyələnməli
  • CAD (computer – aided design), CAM (computer – aided manufacturing) öz dizaynlarını istehsal və analiz edir

Mexanika mühəndislərinin mütləq bacarıqları

  • Mexaniki cihazın problemləri necə həll edəcəyini görmək üçün problemlərin analizi
  • Mexaniki cihazın dizayn yada yenidən dizayn edilməsi, qurğunu düzəltmək, tikmək üçün planın hazırlanması
  • Qurğunun prototipinin təkmilləşdirilməsi və test edilməsi
  • Test nəticələrinin analizi və istənilən dizayna dəyişdirilməsi
  • İstehsal prosesinə nəzarət etmək
  • Fiziki dözümlülük;
  • Təşkilatçılıq bacarıqları;
  • Konstruktiv və məntiqi düşüncə;
  • Texniki fərasət;
  • Mühəndislik bacarıqları;
  • Detallara diqqət yetirməyi bacarmaq;

Bu sahənin g ələcəyi

Bugünkü dünyada kompüterlər günlər, həftələr çəkən hesablamaları bir neçə saniyədə bitirə bilir və bu yöndə mühəndisləri asanlıqla əvəz edə bilir. Lakin mexanika mühəndisləri hələ də sənaye məhsulu avadanlıqları, material işləmə sistemlərini və elektrik generatorlarını tam zərif məhsul yaratmaq üçün istifadə edirlər və peşənin daha mürəkkəb və analitik hissələri ilə üz – üzə gəldikdə kalkulus (ali riyaziyyat) və triqonometriyadan istifadə edilir. Gələcəkdə mexanika mühəndisliyinə həm mühəndislik, həm də mühəndislik xaricində olan peşələrdə daha çox rast gələcəyik.

Bu ixtisas üzrə maaşlar

Bu ixtisas maaşlar üzrə daha şirkətlərdən asılı olaraq dəyişir. Maaş minimum 500 – 600 AZN və yuxarıdır. Maaşlar müəssisədən və mühəndisin bilik və bacarıqlarından asılıdır. Azərbaycanda bu sahə üzrə maaşlar maksimum 1000 – 2800 AZN arasında dəyişir. Xarici şirkətlərdə bu rəqəm daha da böyük ola bilər.

İxtisas sahibi ilə qısa video (növbəti mərhələdə edəcəyik)

Bu mövzu üzrə materiallar v məqalələr (növbəti mərhələdə edəcəyik)

Tez-tez verilən suallar

Mexanika mühəndisliyi (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Mexanika mühəndisliyi (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 200 ilə 315,9 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 315,9 baldır.

Mexanika mühəndisliyi (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Mexanika mühəndisliyi (tədris ingilis dilində) ixtisası 7 universitetdə tədris olunur: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universitetii, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti.

Mexanika mühəndisliyi (tədris ingilis dilində) hansı qrupa aiddir?

Mexanika mühəndisliyi (tədris ingilis dilində) 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Mexanika mühəndisliyi (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Mexanika mühəndisliyi (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 9 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂