Balını yoxla

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası 6 universitetdə 6 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 297,7 bal.

6universitet
297,7ən yüksək keçid
200ən aşağı keçid
5dövlət sifarişli proqram

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Mingəçevir Dövlət Universiteti
Əyani · 149218
Əyani 297,7 200
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144163
Əyani 242,5 200
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114314
Əyani 237 200
Azərbaycan Texniki Universiteti
Əyani · 116194
Əyani 219,9 200
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118179
Əyani 213,7 200
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147144
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası haqqında

İxtisasın qısa təsviri

Həyat fəaliyyətinin təhlükəsizliyi elmi biliklərə əsaslanan sahə olaraq, insanların bütün fəaliyyət sahələrində təhlükəli və zərərli faktorlardan mühafizəsinin nəzəri və əməli qaydalarını əhatə edir,onlarin yaşayış mühitində təhlükəsizliyini və sağlamlığını qorumaq məqsədi güdür. Həyat fəaliyyətinin təhlükəsizliyinə daxildir:

  1. Məişətdə təhlükəsizlik
  2. Istehsalatda təhlükəsizlik
  3. Sülh dövründə fövqəladə hadisələr zamanı təhlükəsizlik

Təhükəsizlik texnikası-təhlükəli şəraitdə və ZM (zəhərli maddə) işləyənlərin təsirinin qarşısını alan təşkilatı tədbirlərdən ibarət bir sistemdir.

Həyat fəaliyyətinin təhlükəsizliyi elə bir şərait və şərtlərdir ki, hansı işçilərin olduğu mühitdə neqativ təsirlər mümkün deyil.

Peşənin tarixi

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  1. Ölkədə mülki müdafiə işinin təşkili;
  2. Ayrı-ayrı istehsalat sahələrində, iqtisadiyyat obyektlərində proseslərin təhlükəsiz görülməsi;
  3. Baş verə biləcək fövqəladə halların qarşısının alınması;
  4. Baş vermiş fövqəladə hallara çevik reaksiya verilməsi;
  5. Bütün təsərrüfatlarda təhlükəsizliyin təmin ediməsi;

Harada bu ixtisasa sahiblənmək olar

  1. Fövqəladə Hallar Nazirliyi Akademiyası(hərbi)
  2. Azərbaycan Texniki Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

  1. FHN-nin qurumları: Mülki Müdafiə Qoşunlarının hərbi hissələri və şöbələri, Xüsusi Riskli Xilasetmə Xidməti,Böhran vəziyyətlərdə idarəetmə mərkəzləri (ən çox statistika və maarifləndirmə ilə məşğuldurlar)
  2. Neft-qaz,tikinti və s. Sahələrində: əməyin mühafizəsi mütəxəssisləri, SƏTƏMM (Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mühəndisləri (təhlükəsizlik texnikasına cavabdeh şəxslər)

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  1. Əsasən qanunvericiliyi yaxşı bilməlidir(xüsusən də texniki təhlükəsizlik və yanğından mühafizə sahəsində biliklər çox vacibdir)
  2. İşlədiyi vəzifəsinə müvafiq olaraq,təlimatları tam dərk etməli və yüksək səviyyədə mənimsəməlidir
  3. Təlim və maarifləndirmə bacarıqları olmalıdır
  4. Əksər hallarda fiziki aktivlik və bu cəhətdən yaxşı hazırlanmış olmalıdır
  5. İlkin yardım mütləq şərtlərdəndir

Bu sahənin gələcəyi

Sahənin gələcəyi indiki vəziyyəinə görə perspektivli görünür. Bu sahəyə tələb son illərdə artmağa başladı.

Bu ixtisas üzrə maaşlar

  • Dövlət şirkətlərində orta hesabla 500-600 AZN-dən başlayır və çox yüksək məbləğə çata bilər. Özəl şirkətlərdə də 600 AZN-dən başlayır. Xarici şirkətlər isə bir az yüksək məbləğ təklif edir.

Tez-tez verilən suallar

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 297,7 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 297,7 baldır.

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası 6 universitetdə tədris olunur: Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti.

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi hansı qrupa aiddir?

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 6 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂