Balını yoxla

Sənətşünaslıq(sahələr üzrə)

Sənətşünaslıq(sahələr üzrə) ixtisası 2 universitetdə 2 proqram üzrə tədris olunur. 2025 keçid balları: 269,1 – 367,4 bal.

2universitet
367,4ən yüksək keçid
269,1ən aşağı keçid
2dövlət sifarişli proqram

Sənətşünaslıq(sahələr üzrə) — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetitəsviri sənətin tarixi və nəzəriyyəsi
Əyani · 134216
Əyani 367,4 306,2
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasıtəsviri incəsənət tarixi və nəzəriyyəsi, incəsənət əsərlərinin bərpası və ekspertizası
Əyani · 135123
Əyani 367,2 269,1

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Sənətşünaslıq(sahələr üzrə) ixtisası haqqında

  • İxtisasın qısa təsviri
  • Sənətşünaslıq — incəsənəti və bədii mədəniyyəti, bədii əsərlərin forma və məzmununu tam şəkildə öyrənən elmlər toplusudur. Sənətşünaslıq həmçinin incəsənət nəzəriyyəsini və bədii tənqidi də öyrənir. Digər tərəfdən sənətşünaslıq incəsənətin təbliği ilə məşğuldur.(tənqidi məqalələr, kitablar, mühazirələr və ekskursiyalar) Bütün bunlar ictimaiyyətə təsir edib zövqünü formalaşdırır.
  • Sənətşünas isə sənət əsərlərinin tarixi və nəzəriyyəsi sahəsində ixtisaslaşmış alimdir.
  • Sənətşünaslıq ədəbiyyatşünaslıq, musiqişünaslıq, teatrşünaslıq, filmşünaslıq, habelə dar cərçivədə sənətşünaslığı əhatə edir. Ən dar və geniş yayılmış mənada sənətşünaslıq bədii sənət elmidir: memarlıq, rəssamlıq, heykəltəraşlıq, qrafika, dekorativ və tətbiqi sənət.
  • Bu sahə tarix, rəsm, musiqi, dünya incəsənət mədəniyyəti, xarici dillər, ədəbiyyat və din ilə maraqlananlar üçün uyğundur.
  • Peşənin tarixi
  • Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
  • Rəsm sərgilərini planlaşdırıb, konsepsiya hazırlamaq;
  • Muzeylərdə maarifləndirmə işlərini inkişaf etdirib məktəblilər və ya böyüklər üçün tarixi, mədəni mövzularda tədris tədbirləri keçirmək;
  • Bərpa və konservasiya prosesində sənət əsərlərini, muzey obyektlərini, memarlıq qorunması və ya bərpası üçün lazım olan tədbirlər görmək;
  • Abidələrin, əsərlərin qədimliyi təyin etmək;
  • Qalereyalar və ya hərrac evlərində sənət əsərlərini müəyyənləşdirmək; kataloqlaşdırıb və satışa qoymaq;
  • Araşdırmaların nəticələri barədə ictimaiyyəti məlumatlandırma, bunun üçün jurnallar, kolleksiyalar üçün müxtəlif materiallar yazma, tələbələrə mühazirələr vermə, müxtəlif konfranslarda çıxış etmə;
  • İncəsənətin nəzəri problemlərinin öyrənilməsi;
  • İncəsənətin cəmiyyətlə əlaqəsinin öyrənilməsi;
  • Fərdi ustaların, müxtəlif məktəblərin və cərəyanların əsərlərinin sistemləşdirilməsi;
  • İncəsənət muzeyləri və qalereyaları tərəfindən nəşr olunan elmi və elmi-populyar kitabçaların, məcmuələrin, bələdçilərin nəşrində iştirak etmək;
  • Bədii təndiq: aktual problemin hərtərəfli öyrənilməsi və elmi təhlili, obyektiv qiymətləndirmə, mühakimə, məqalələrin tərtib edilməsi, icmallar;
  • Harada bu ixtisasa sahiblənmək olar (universitet ya kursların adları)
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  • Bu ixtisas üzrə harada çalışmaq olar (şirkət və sahə qeyd etmək olar)
  • Muzeylərdə
  • Qalereyalarda
  • Auksion
  • Tarixi qoruqlarda
  • Bərpa mərkəzlərində
  • Nəşriyyat evlərində
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  • Elmi işçi
  • Jurnal və qəzetlər üçün məqalələr yazmaqla fəaliyyət göstərə bilər.
  • Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?
  • Dünyagörüşü;
  • Güclü yaddaş;
  • Analitik düşüncə qabiliyyəti və düşüncələrini ifadə etmə bacarığı;
  • Tədqiq olunan dövrün əsərlərinin tarixini, əhəmiyyətini, ictimai-siyasi, tarixi hadisələrlə əlaqəsini bilmək;
  • Müəyyən bir müəllifə aid sənət əsərin orijinallığını, yaşını, dövrünü keyfiyyətcə qiymətləndirmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Tənqidi düşünmə bacarığı;
  • İncə duyum;
  • Yüksək ünsiyyət bacarıqları;
  • Dini və mədəni baxımdan tolerant olmaq;
  • Dəqiqlik və məsuliyyət;
  • Təşəbbüskarlıq;
  • Estetik zövq və yaradıcı düşüncə;
  • Bu sahənin gələcəyi
  • Bu ixtisas üzrə maaşlar
  • Dövlət müəssəsi- 250-450 azn
  • Özəl müəssisələr- 500-1000 azn (ingilis dilin və yaxud da rus dilin mütləq bilməlidir)

Tez-tez verilən suallar

Sənətşünaslıq (təsviri sənətin tarixi və nəzəriyyəsi) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Sənətşünaslıq (təsviri sənətin tarixi və nəzəriyyəsi) ixtisası üzrə keçid balları 269,1 ilə 367,4 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 367,4 baldır.

Sənətşünaslıq (təsviri sənətin tarixi və nəzəriyyəsi) ixtisası hansı universitetlərdə var?

Sənətşünaslıq (təsviri sənətin tarixi və nəzəriyyəsi) ixtisası 2 universitetdə tədris olunur: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası.

Sənətşünaslıq (təsviri sənətin tarixi və nəzəriyyəsi) hansı qrupa aiddir?

Sənətşünaslıq (təsviri sənətin tarixi və nəzəriyyəsi) 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Sənətşünaslıq (təsviri sənətin tarixi və nəzəriyyəsi) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Sənətşünaslıq (təsviri sənətin tarixi və nəzəriyyəsi) ixtisasına ən aşağı keçid balı 269,1 olub. Ödənişli yerlər 2 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂