Balını yoxla
II qrup · İqtisadi Qiyabi də var

Turizm işinin təşkili

Turizm işinin təşkili ixtisası 18 universitetdə 36 proqram üzrə tədris olunur. 2025 keçid balları: 155,1 – 358,7 bal.

18universitet
358,7ən yüksək keçid
155,1ən aşağı keçid
24dövlət sifarişli proqram

Turizm işinin təşkili — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universitetitədris ingilis dilində
Əyani · 111658
Əyani 358,7 358,7
Bakı Dövlət Universiteti
Əyani · 111641
Əyani 349,9 349,9
Azərbaycan Dövlət İqtisad UniversitetiZaqatala filialı
Əyani · 123954
Əyani 341,1 171,9
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147517
Əyani 334,5 163,5
Azərbaycan Turizm və Menecment Universitetitədris ingilis dilində
Əyani · 136233
Əyani 321,2 321,2
Lənkəran Dövlət Universiteti
Əyani · 151486
Əyani 311,4 174,8
Azərbaycan Turizm və Menecment Universiteti
Əyani · 136193
Əyani 308,6 308,6
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Əyani · 134135
Əyani 298 298
Naxçıvan Dövlət Universiteti
Əyani · 142462
Əyani 293 293
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158347
Əyani 285,8 285,8
Azərbaycan Turizm və Menecment Universiteti
Qiyabi · 136217
Qiyabi 284,2 213,2
Sumqayıt Dövlət Universiteti
Qiyabi · 148498
Qiyabi 283,2 204,6
Sumqayıt Dövlət Universiteti
Əyani · 148481
Əyani 279,9 279,9
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154378
Əyani 271,1 187,8
Gəncə Dövlət Universiteti
Əyani · 145362
Əyani 270 177,4
Azərbaycan Universitetitədris ingilis dilində
Əyani · 155333
Əyani 267,6 224,3
Qərbi Kaspi Universitetitədris ingilis dilində
Əyani · 157391
Əyani 267,1 186,9
Mingəçevir Dövlət Universiteti
Əyani · 149453
Əyani 262,9 172,9
Odlar Yurdu Universiteti
Əyani · 164373
Əyani 259,5 202,6
Bakı Mühəndislik Universiteti
Əyani · 128814
Əyani 258,3 244,1
Qərbi Kaspi Universiteti
Əyani · 157415
Əyani 257,3 196
Bakı Avrasiya Universiteti
Əyani · 162226
Əyani 256 202,4
Azərbaycan Universiteti
Əyani · 155317
Əyani 255,3 215,1
Odlar Yurdu Universitetitədris ingilis dilində
Əyani · 164365
Əyani 209,5
Qarabağ Universiteti
Əyani · 152271
Əyani 201,6
Azərbaycan Universiteti
Qiyabi · 155325
Qiyabi 189
Bakı Avrasiya Universiteti
Qiyabi · 162234
Qiyabi 184,6
Odlar Yurdu Universiteti
Qiyabi · 164357
Qiyabi 180,1
Azərbaycan Kooperasiya Universiteti
Qiyabi · 154361
Qiyabi 177,6
Qərbi Kaspi Universiteti
Qiyabi · 157423
Qiyabi 176,4
Gəncə Dövlət Universiteti
Qiyabi · 145379
Qiyabi 167,3
Azərbaycan Texnologiya Universiteti
Qiyabi · 147525
Qiyabi 162,3
Mingəçevir Dövlət Universiteti
Qiyabi · 149461
Qiyabi 161,9
Lənkəran Dövlət Universiteti
Qiyabi · 151494
Qiyabi 160,4
Bakı Dövlət UniversitetiQazax filialı
Qiyabi · 112776
Qiyabi 159,4
Bakı Dövlət UniversitetiQazax filialı
Əyani · 112768
Əyani 155,1

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Turizm işinin təşkili ixtisası haqqında

İxtisasın təsviri

Turizm işinin təşkili ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir. Turizm işinin təşkili ixtisasının əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uyğun nəzəri və praktiki biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhlil etmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır. Bundan əlavə, bu ixtisas sahibləri hazır məhsulun reklamı ilə məşğul olur, turizm agentlikləri ilə turizm məhsullarının satışına dair müqavilələr bağlayır. Bu ixtisas üzrə məzun olmuş şəxslər tur operatorlar, tur menecerlər, turizm tədqiqatçıları adlanırlar. Hal hazırda istirahət və əyləncə sənayesində ən çox axtarılan peşələrdən biridir.

Peşənin tarixi

Azərbaycanda Turizm sahəsi üzrə ali səviyyədə kadr hazırlayan ilk fakültə BDU universitetinin Cografiya fakültəsi olmuşdur. Bu sahə üzrə ixtisaslaşan Azərbaycan Turizm və Menecment Universitetinin əsası isə 2006-cı ildə qoyulmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

  1. Xarici və daxili, fərdi və qrup turlarının təşkili;
  2. Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
  3. Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
  4. Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması;
  5. Səyahət sığortasının yazılması;
  6. Mövsümə uyğun turların analiz edilib hazırlanması;
  7. Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi;
  8. Gündəlik və aylıq satış hesabatlarının hazırlanıb, rəhbərliyə təqdim edilməsi;
  9. Aviabiletlerlə bağlı əməliyyatlar(yazılması, dəyişdirilməsi);
  10. Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflərin hazırlanması;
  11. Mehmanxanada işçilərinin, menecerlərin rəhberliyi altında səmərəli fəaliyyətini təmin etmək;
  12. Müştərilərə göstərilən xidmətlərin keyfiyyətinə nəzarət;

Harada bu ixtisasa sahiblənmək olar

Turizm işinin təşkili ixtisası Nazirlər Kabinetinin 2019-cu il 15 sentyabr tarixli yeni təsdiq olunmuş ixtisas təsnifatına əsasən yeni yaradılmışdır. Bu səbəbdən ixtisasın tədris olunacağı ali və peşə ixtisası müəssisələrinin siyahısı barədə məlumat hələlik açıqlanmayıb.

Bu ixtisas üzrə harada çalışmaq olar

Turizm işinin təşkili ixtisasını bitirənlər

  1. Ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində;
  2. Turizm şirkətlərində, beynəlxalq turizm təşkilatlarında;
  3. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və s.kimi uyğun təyinatlı dövlət qurumlarında çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

Turizm işinin təşkili sahəsində çalışanlar

  1. Minimum bir xarici dildə (əsasən ingilis və ya rus) səlis ünsiyyət qurmağı bacarmalıdır;
  2. Gülərüz və nəzakətli olmaq;
  3. Təşkilatçılıq bacarıqlarının olması;
  4. Yüksək ünsiyyət bacarıqları;
  5. Stressli davamlı, dini və mədəni baxımdan tolerant olmaq;
  6. Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  7. Ölkənin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı biliklərə, dünyagörüşünə malik olmaq;
  8. Sahə üzrə istifadə olunan bronlaşdırma proqramlarını (Bu sahədə ən geniş istifadə edilən proqram Amadeus proqramıdır. Bu proqramın sertifikatını almaq bu baxımdan üstünlük hesab edilir) istifadə etməyi bacarmaq.
  9. Çox sayda məlumatla işləmək bacarığı;
  10. Detallara diqqət yetirməyi bacarmaq;

Bu sahənin gələcəyi

Hal – hazırda turizm bir çox ölkələrin büdcələrinin gəlirlərinin əsas hissəsini təşkil edir. Azərbaycanda turizm neft sektorundan sonra ikinci əsas prioritet sahələrdən hesab olunur. Mütəxəssislərin hesablamalarına görə, 2023 – cü ilə qədər ölkədə turizm işçilərinə olan tələbat 75.000 nəfərdən çox olacaq.

Bu ixtisas üzrə maaşlar

İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri, çalışdığı şirkətdən asılı olaraq dəyişir.

300-1000 AZN

Tez-tez verilən suallar

Turizm işinin təşkili (tədris ingilis dilində) ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Turizm işinin təşkili (tədris ingilis dilində) ixtisası üzrə keçid balları 155,1 ilə 358,7 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 358,7 baldır.

Turizm işinin təşkili (tədris ingilis dilində) ixtisası hansı universitetlərdə var?

Turizm işinin təşkili (tədris ingilis dilində) ixtisası 18 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Universiteti və digərləri.

Turizm işinin təşkili (tədris ingilis dilində) hansı qrupa aiddir?

Turizm işinin təşkili (tədris ingilis dilində) 2-ci qrup (İqtisadi və idarəetmə) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Coğrafiya ×1,5, Tarix ×1.

Ödənişli əsasda Turizm işinin təşkili (tədris ingilis dilində) ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Turizm işinin təşkili (tədris ingilis dilində) ixtisasına ən aşağı keçid balı 155,1 olub. Ödənişli yerlər 35 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂