Balını yoxla

Azərbaycan dili və ədəbiyyat müəllimliyi

Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası 13 universitetdə 18 proqram üzrə tədris olunur. 2025 keçid balları: 378,4 – 572,5 bal.

13universitet
572,5ən yüksək keçid
378,4ən aşağı keçid
16dövlət sifarişli proqram

Azərbaycan dili və ədəbiyyat müəllimliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universiteti
Əyani · 111666
Əyani 572,5 572,5
Azərbaycan Dövlət Pedaqoji UniversitetiAğcabədi filialı
Əyani · 122585
Əyani 559,4 395,6
Azərbaycan Dövlət Pedaqoji UniversitetiŞamaxı filialı
Əyani · 122414
Əyani 551 411,3
Azərbaycan Dillər Universiteti
Əyani · 126116
Əyani 542,8 542,8
Azərbaycan Dövlət Pedaqoji UniversitetiCəlilabad filialı
Əyani · 122666
Əyani 530,9 413,3
Azərbaycan Dövlət Pedaqoji UniversitetiŞəki filialı
Əyani · 122488
Əyani 529,7 402,5
Xəzər Universiteti
Əyani · 158355
Əyani 527,3 527,3
Azərbaycan Dövlət Pedaqoji UniversitetiQuba filialı
Əyani · 122747
Əyani 526 412,4
Sumqayıt Dövlət Universiteti
Əyani · 148513
Əyani 524,9 459,3
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Əyani · 121953
Əyani 522,7 522,7
Mingəçevir Dövlət Universiteti
Əyani · 149478
Əyani 521,7 431,7
Naxçıvan Dövlət Universiteti
Əyani · 142479
Əyani 520,3 465,4
Gəncə Dövlət Universiteti
Əyani · 145387
Əyani 520,2 486,5
Lənkəran Dövlət Universiteti
Əyani · 151518
Əyani 519,7 419,4
Bakı Slavyan Universiteti
Əyani · 127112
Əyani 518 477,6
Qarabağ Universiteti
Əyani · 152288
Əyani 424,9
Bakı Qızlar Universiteti
Əyani · 163133
Əyani 406,9
Naxçıvan Müəllimlər İnstitutu
Əyani · 143531
Əyani 378,4

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası haqqında

İxtisasın qısa təsviri

Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasında təhsil almağın üstün cəhəti odur ki,həm Azərbaycan dilinin, həm də ədəbiyyatın dərin biliklərinə yiyələnirsən.Eyni zamanda nitq bacarığını formalaşdırmış olursan.Azərbaycan dili və ədəbiyyatı ixtisasında bir çox fənlər tədris olunur.Bunlar aşağıdakılardır:

Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan ədəbiyyatı nəzəriyyəsi, Şifahi xalq ədəbiyyatı,Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası dərsləridir.Bu da gələcəkdə tələbələrin müəllim kimi fəaliyyət göstərmələrinə böyük köməklik göstərir.Onlar aldıqları təhsili eyni zamanda sonrakı fəaliyyətlərində də tətbiq edə bilirlər

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq

➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək

➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;

➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;

➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;

➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;

➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək;

➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;

➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;

➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;

➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;

qoyulmuş əmək normalarını yerinə yetirmək;

➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;

➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;

➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;

➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;

özünü ləyaqətli aparmaq;

➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;

➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə (tədris işləri üzrə direktor müavininə,direktora)məlumat verməyə borcludur.

Harada bu ixtisasa sahiblənmək olar

Dövlət universitetləri

➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti(ADPU)

➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti(Quba filialı)

➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti(Qazax filialı)

➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti(Cəlilabad filialı)

➝ Azərbaycan Dillər Universiteti

➝ Bakı Dövlət Universiteti

➝ Bakı Slavyan Universiteti

➝ Gəncə Dövlət Universiteti

➝ Lənkəran Dövlət Universiteti

➝ Naxçıvan Dövlət Universiteti

➝ Mingəçevir Dövlət universiteti

➝ Sumqayıt Dövlət Universitet

Özəl universitetlər

➝ Bakı Qızlar Universiteti

➝ Xəzər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

➝ Orta ümumtəhsil məktəblərində;

➝ Tədris mərkəzlərində;

➝ Liseylərdə;

➝ Magistr təhsili alaraq universitetlərdə işləyə bilərlər.

Qeyd: Bu ixtisası bitirən şəxslər eyni zamanda jurnalistika fəaliyyəti ilə də məşğul ola bilərlər.Həmçinin radio və televiziya, nəşriyyat sahəsində də öz bacarıqlarını nümayiş etdirə bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

1.Təşkilatçılıq qabiliyyətləri. Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. Bacarığında özünü göstərir.

  1. 2. Didaktik qabiliyyətlər. Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
  2. 3. Perspektiv qabiliyyətlər. Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  3. 4. Kommunikativ qabiliyyətlər. Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
  4. 5. Suqqestiv (təlqinedici) qabiliyyətlər. Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
  5. 6. Tədqiqatçılıq qabiliyyətlər. Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
  6. 7. Elmi – idrakı qabiliyyətlər. Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.

Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.

  1. 8. İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.
  2. 9. Azərbaycan dili və ədəbiyyatını mükəmməl səviyyədə bilməli;

10.Gözəl nitqi olmalı;

Bu sahənin gələcəyi

Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən-ilə artmaqdadır.Xüsusən,son illər bu peşə sahiblərinin ciddi əməkhaqqı artımı,eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları Mərkəzi müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.

Bu ixtisas üzrə maaşlar

  • 1. Pedaqoji təcrübə 3- 8 il arası olduqda-360 AZN
  • 2. Pedaqoji təcrübə 8-13 il arası olduqda -378 AZN
  • 3. Pedaqoji təcrübə 13-18 il arası olduqda -399 AZN
  • 4. Pedaqoji təcrübə 18ildən çox olduqda 426 AZN

Tez-tez verilən suallar

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə keçid balları 378,4 ilə 572,5 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 572,5 baldır.

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası hansı universitetlərdə var?

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası 13 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Qarabağ Universiteti, Bakı Qızlar Universiteti və digərləri.

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi hansı qrupa aiddir?

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 3-cü qrup (Humanitar və hüquq) ixtisaslarına daxildir. İmtahan fənləri: Azərbaycan dili ×1,5, Tarix ×1,5, Ədəbiyyat / Coğrafiya ×1.

Ödənişli əsasda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına ən aşağı keçid balı 378,4 olub. Ödənişli yerlər 17 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂