Balını yoxla

Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə edilməsi üzrə)

Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə edilməsi üzrə) ixtisası haqqında

Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə edilməsi üzrə)

İxtisasın təsviri

Layihə – müəyyən vaxt ərzində, tələb olunan büdcə daxilində gözlənilən nəticəyə çatmaq üçün həyata keçirilən işlərdir. Layihənin idarə olunması, müvəffəqiyyətli bir layihəni həyata keçirmək üçün diqqətlə planlaşdırılmış və təşkil olunmuş fəaliyyətdir. Layihələrin idarə edilməsi ixtisaslaşması üzrə təhsil alan şəxslərin təşkilatlarda əsas problemləri müəyyən etmək, komandanı həvəsləndirmək və komanda işini aşılamaq, risklərə və kompleks layihələrə nəzarət etmək və səmərəli nəticələrə müvəffəq olmaq bacarıqları inkişaf edir. Layihələrin idarə edilməsi ixtisaslaşması müxtəlif həcmli və əhatə dairəli layihələrin idarəedilməsi strategiyalarını öyrədir və real situasiyalara əsaslanan tapşırıqlarla layihələrdə rast gəlinən çətinliklərin qarşısını almağa imkan yaradır.

İxtisasın gələcəyi

Biznes və dövlət sektorunun inkişafı layihələr vasitəsilə həyata keçirilir. Layihələrin idarə edilməsi isə mahiyyət etibarı ilə mürəkkəb prosesdir. Bu səbəbdən layihələri bəzən şirkət içində şirkət və ya “biznes içində biznes” adlandırırlar. Çünki layihələrdə də şirkətlərdə olan bir çox funksiyalar, quruluşlar olur. Məsələn, layihədə də şirkətlərdə olduğu kimi missiya, məqsədlər, resurslar və s. olur. Sadalan səbəblərdən layihələrin idarə edilməsini həm hazırkı dövr üçün aktual olan, həm də gələcəyi perspektivli olan sahələrdən biri hesab edilir.

Universitetlər

→ Azərbaycan Dövlət İqtisad Universiteti
→ Azərbaycan Kooperasiya Universiteti
→ Xəzər Universiteti

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂