Balını yoxla

Geomatika və geodeziya mühəndisliyi

Geomatika və geodeziya mühəndisliyi ixtisası 2 universitetdə 2 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 260,2 bal.

2universitet
260,2ən yüksək keçid
200ən aşağı keçid
2dövlət sifarişli proqram

Geomatika və geodeziya mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118162
Əyani 260,2 200
Bakı Dövlət Universiteti
Əyani · 111341
Əyani 220 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Geomatika və geodeziya mühəndisliyi ixtisası haqqında

Geomatika və geodeziya mühəndisliyi ixtisası

İxtisasın təsviri

Geomatika — özündə geodeziya, kartoqrafiya, fotoqrammetriya, Coğrafi İnformasiya Sistemləri və Yerin distansion tədqiqi (Məsafədən Zondlama) elmlərini birləşdirən ümumiləşmiş termindir. Artıq müasir dövrdə peşə adı kimi – “geomatika mühəndisliyi” də istifadə edilir (əvvəllər “geodeziya-fotoqrammetriya mühəndisliyi” kimi işlənirdi). Geodeziya – yunan sözü olub, yerin bölünməsi deməkdir. Yerin bütövlükdə və yaxud onun ayrı-ayrı hissələrinin forma və ölçülərini, xəritə və planlarda yerin fiziki səthinin təsvirini almaq üçün eləcə də müxtəlif növ mühəndisi məsələlərin həllini təmin etmək üçün yer üzərində ölçmələrin yerinə yetirilmə metodlarını öyrənir.

İxisasın tarixi

Geomatika termini əvvəlcə Avstraliyada istifadə olunur. Geomatika elmində dərəcə təklif edən Avstraliya universitetlərinə Curtin Universiteti, Tasmaniya Universiteti, Adelaide Universiteti, Melburn Universiteti və RMIT Universiteti daxildir.

Bu ixtisas sahibləri nə işlə məşğul olur (iş öhdəlikləri)

  • Torpaq və hidroqrafik ölçmələr
  • Mühəndislik və mədən ölçmələri
  • Uzaqdan zondlama
  • Coğrafi İnformasiya Sistemləri
  • Ərazi idarəetməsi
  • Topoqrafik və Fotoqrammetrik planlama
  • Müşahidə (Ölçmələrə Nəzarət)
  • Dəniz Geodeziyası
  • Həcm Hesablamaları
  • Layihələrin yerə köçürülməsi
  • Mövcud Geodeziya şəbəkələrinin yoxlanılması və təhlili, qiymətləndirilməsi
  • Topoqrafiya xəritələrinin tərtibi
  • Nivelirləmə və Məsləhət
  • Məkan analizləri
  • Hidrologiya / Yeraltı Sular
  • Daşınmaz Əmlaklar / Şəhər Planlaşdırılması Analizləri
  • Ətraf Mühitin Məkan Analizləri
  • Ətraf Mühitin Modelləşdirilməsi

Bu ixisas üzrə lazım olan bilik və bacarıqlar

  • Forma və məkan arasındakı əlaqəni görə bilmək
  • Rəsm bacarığı
  • Komanda ilə işləmə bacarığı
  • Həm ofisdə, həm laboratoriyada, həm də açıq havada işləmə imkanı
  • Səbirli
  • Diqqətli müşahidə

Harada bu ixtisasa sahiplənmək olar?

  • Bakı Dövlət Universiteti
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Milli Aviasiya Akademiyası
  • Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Akademiyası

Tez-tez verilən suallar

Geomatika və geodeziya mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Geomatika və geodeziya mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 260,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 260,2 baldır.

Geomatika və geodeziya mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Geomatika və geodeziya mühəndisliyi ixtisası 2 universitetdə tədris olunur: Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti.

Geomatika və geodeziya mühəndisliyi hansı qrupa aiddir?

Geomatika və geodeziya mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Geomatika və geodeziya mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Geomatika və geodeziya mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 2 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂