Balını yoxla

Radiotexnika və telekommunikasiya mühəndisliyi

Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası 6 universitetdə 8 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 292,2 bal.

6universitet
292,2ən yüksək keçid
200ən aşağı keçid
7dövlət sifarişli proqram

Radiotexnika və telekommunikasiya mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Milli Aviasiya Akademiyası
Əyani · 138397
Əyani 292,2 292,2
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147274
Əyani 269,7 200
Azərbaycan Dövlət Neft və Sənaye Universitetitədris ingilis dilində
Əyani · 114671
Əyani 263,1 263,1
Azərbaycan Texniki Universitetitədris ingilis dilində
Əyani · 116478
Əyani 262 200
Azərbaycan Texniki Universiteti
Əyani · 116486
Əyani 229,4 200
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əyani · 114663
Əyani 224,2 200
Bakı Mühəndislik Universiteti
Əyani · 128522
Əyani 208,8 200
Xəzər Universitetitədris ingilis dilində
Əyani · 158241
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası haqqında

Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası

İxtisasın təsviri

Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası özündə iki sahəni: radiotexnika və telekommunikasiya mühəndisliyini ehtiva etməkdədir. Radiotexnika mühəndisliyi, radiotexnika radio dalğaları və elektromaqnit dalğalarının yaradılması, gücləndirilməsi, dönüşümü, ötürülməsi və qəbulu ilə məşğul olmaqdadır. Telekommunikasiya isə verilənlərin kabel, peyk və telefon xətti kimi müxtəlif vasitələrlə bir yerdən başqa yerə ötürülməsini təmin edir.

İxtisasın tarixi

Bir sahə olaraq radiotexnika və telekommunikasiyanın əsası teleqrafların, fonoqrafların, telefonların, radio və televiziyanın yaranması ilə qoyulub və internet anlayışının ortaya çıxması ilə birlikdə özünün ən pik mərhələsinə qədəm qoymaqdadır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Rabitənin kəsintisiz verilməsini təmin etmək;
  • Telekommunikasiya və transmissiya avadanlıqlarına nəzarət etmək;
  • Mövcud rabitə və telekommunikasiya sistemlərinin çatışmazlıqlarını müəyyənləşdirmək;
  • Mövcud rabitə və telekommunikasiya sistemlərinin çatışmazlıqlarının aradan qaldırılmasına xidmət etmək və s.

Harada bu ixtisasa sahiblənmək olar?

→ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
→ Azərbaycan Texniki Universiteti
→ Bakı Mühəndislik Universiteti
→ Milli Aviasiya Akademiyası
→ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
→ Xəzər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

Bu ixtisasa yiyələnmiş şəxslər

  • Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi;
  • Bakcell, Azərcell, Nar mobile;
  • AzTelekom;
  • Rabitə vasitələrinin istehsalı və satışı ilə məşğul şirkətlərdə və s. çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Riyaziyyat və fizika bilikləri;
  • Bu sahəyə qarşı maraqlı və həvəsli olmaq;
  • Şəbəkə və kommunikasiya sistemləri haqqında dərin biliklər;
  • Komandada işləyə bilmək bacarığı;
  • Kreativlik;
  • Təşkilati və idarəetmə bacarıqları;
  • Stress altında işləməyi bacarmaq.

İxtisasın gələcəyi

İxtisasın bir çox tətbiq sahələri olduğundan onun gələcəyi də daha çox hansı sahə üzrə ixtisaslaşmadan asılıdır. Belə ki, günümüzdə ən çox gələcək vəd edən sahələr daha çox internetlə, bulud sistemləri ilə bağlı olan sahələrdir. Peşə sahibi karyerasını müasir trendlərə uyğun sahələrdə ixtisaslaşaraq qurarsa, bu sahə üzrə daha yaxşı və geniş iş imkanları əldə edə bilər.

Əmək haqqı

İxtisas sahiblərinin bilik və bacarıqlarından, tutduqları vəzifə və işlədikləri şirkətlərdən asılı olaraq məvaciblər aylıq olaraq ortalama 250–2500 AZN aralığında dəyişməkdədir.

Tez-tez verilən suallar

Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 292,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 292,2 baldır.

Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası 6 universitetdə tədris olunur: Milli Aviasiya Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti.

Radiotexnika və telekommunikasiya mühəndisliyi hansı qrupa aiddir?

Radiotexnika və telekommunikasiya mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 8 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂