Balını yoxla
I qrup · Texniki Qiyabi də var

Yer quruluşu və daşınmaz əmlakın kadastrı

Yer quruluşu və daşınmaz əmlakın kadastrı ixtisası 5 universitetdə 7 proqram üzrə tədris olunur. 2025 keçid balları: 191,1 – 295,2 bal.

5universitet
295,2ən yüksək keçid
191,1ən aşağı keçid
7dövlət sifarişli proqram

Yer quruluşu və daşınmaz əmlakın kadastrı — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universiteti
Əyani · 111455
Əyani 295,2 295,2
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118462
Əyani 275,8 275,8
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Qiyabi · 118479
Qiyabi 258,8 258,8
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144414
Əyani 250,7
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154167
Əyani 250,4 247,2
Azərbaycan Dövlət Aqrar Universiteti
Qiyabi · 144422
Qiyabi 249,8
Naxçıvan Dövlət Universiteti
Əyani · 142324
Əyani 249,6 191,1

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Yer quruluşu və daşınmaz əmlakın kadastrı ixtisası haqqında

İxtisasın qısa təsviri

Yerin üst qatlarını öyrənən elm yer quruluşudur. Daha geniş mənada bu ixtisas torpaqlardan səmərəli istifadə, yararlı torpaqların kəmiyyətcə artırılması və keyfiyyətcə yaxşılaşdırılması, torpaqların üzərində tikilən bütün daşınmaz əmlakın texniki və hüquqi göstəricilərini öyrənir və onları tənzimləyir. Daşınmaz əmlak növlərinin qeydiyyatdan keçirilməsi də bura aiddir.

Eyni zamanda sosial, iqtisadi, hüquqi məsələləri araşdırır və şəhərləşmə, insanların rahat, səmərəli və sağlam yaşayışını təmin etmək üçün həm şəhər, həm rayon, həm də başqa yaşayış zonalarının təşkilini, plan və layihələrin işlənməsini həyata keçirərək əhalinin yaşayış səviyyəsinin yaxşılışdırılmasına kömək edir. Şəxsi mülkiyyətin sərhədlərini müəyyənləşdirərkən çox vaxt kifayət qədər problem yaranır. Onları yalnız qanunla effektiv şəkildə həll etmək olar və insanlar bunu kadastr mühəndislərinin köməyi ilə edə bilər. Onların xidmətləri qonşu sahələrin sahibləri ilə mübahisələrdə, torpaq alqı – satqısında, torpaq sahələrinin parçalanmasında və ya birləşdirilməsində, miras alınmasında, müəyyən binaların inşası üçün icazələrin alınmasında faydalı ola bilər. İxtisas rəsmxət, coğrafiya və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur.

Peşənin tarixi

Əksər etimoloqların fikrincə, “kadastr” sözü ya yunan mənşəli “catasticon” (sözün əsl mənasında “qeydlər üçün dəftər”) və ya latınca “kapitalastrum” (“ərazi vahidlərinin qeydiyyatı” mənasını verir) sözlərindən yaranmışdır. Misirdə ən azı 5 min il əvvəl tərtib olunan əkinçilik əkin sahələrinin siyahısı haqlı olaraq ilk kadastr sayıla bilər! Sonralar, Qədim Yunanıstanda kadastr qeydiyyatı “diqqətə çarpdı” – burada daşlardan istifadə edərək torpaq hüdudlarını təsvir edirmişlər və torpaq məlumatlarını işarələmək üçün orijinal sistem tətbiq olundu.

Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)

Bu peşə sahibi bir sahələrdə işləyə bilər

  • Layihələrin yazılması və idarəedilməsi – bura hər hansı binanın, müəsisənin, ofisin, torpaq sahəsinin və başqa daşınmaz əmlakın tikintisi və səmərəli təşkilini özündə əks etdirən plan layihələrinin hazırlanmasını aid etmək olar.

Bu plan çox kiçik yaşayış binasından şəhərə qədər dəyişə bilər.

  • Xəritəçəkmə (xəritədən asılı olaraq 5 ildən -15 ilə qədər xəritələrin yenidən çəkilməsini də təşkil edə bilər) – bura hər hansı ərazinin xəritəsi olmadığı təqdirdə onun işlənib hazırlanmasını aid etmək olar.. Xəritələr çox müxtəlif mövzularda olduğu üçün (turistik, hərbi, ekoloji, geoloji və s.) planlar da çox müxtəlif ola bilər. Hətta, xəritə artıq varsa belə onun yenidən işlənməsinə ehtiyac olur. Məsələn, torpaq xəritələrində olan dəyişiklikləri qeyd etmək lazım olur.
  • Torpaq üzərində hüquqi sənədlərin işlənib hazırlanması – Torpağın səmərəli istifadəsi üçün onun üzərində hüquqi sənədlərin yazılması, dəyişdirilməsi, torpağın təminatının dəyişdirilməsi və s. kimi məsələləri öyrənir.
  • Eksperimental tədqiqatlar: torpaq kadastrı, torpaq monitorinqi, torpaq qiymətləndirilməsi üzrə elmi tədqiqat və tədqiqat işləri aparılması və təşkili;
  • Kənd təsərrüfatı torpaqlarının və yaşayış məntəqələrinin istifadəsinə və qorunmasına dövlət nəzarətinin aparılması,
  • Daşınmaz əmlakın istifadəsinin qanunun tələblərinə uyğun aparılması.
  • Kadastr məlumat sistemlərinin yaradılması və tətbiqi;
  • Kadastr tədqiqatlarının- cəkilişlərinin aparılması.

Harada bu ixtisasa sahiblənmək olar

  1. Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə)
  2. Azərbaycan Memarlıq və İnşaat Universiteti
  3. Bakı Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

  1. Dövlət Reyster Xidməti
  2. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi
  3. Gömrük Komitəsi
  4. Fövqəladə Hallar Nazirliyi
  5. İqtisadi İnkişaf Nazirliyi
  6. Kənd Təsərrüfatı Nazirliyi
  7. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  8. ASAN Xidmət
  9. İcra hakimiyyətləri
  10. Bələdiyyələr

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) yəni bu sahədə işləmək üçün nəyi bacarmaq lazımdır?

  • Məsuliyyətli olmaq;
  • Analitik düşüncə;
  • Fiziki dözümlülük;
  • Diplomatik (mübahisələri həll edərkən);
  • Stressə davamlı;
  • Yüksək ünsiyyət bacarıqları;
  • Güclü yaddaş;
  • Təşkilati və idarəçilik bacarıqları;
  • Texniki bacarıqlar;
  • Araşdırmağa meyilli;
  • Teoretik bilikəri praktika istifadə etmək bacarığı;
  • Kadastr və torpaq işlərinin aparılması üçün kompüter texnologiyaları ilə geodeziya və fotogrammetrik alətlər və avadanlıq işləmək bacarıqlarına sahib olmaq;
  • ArcGİS, AutoCAD kimi proqramları yüksək səviyyədə bilmək lazımdır
  • İşin icrası, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması ilə əlaqəli bütün peşə məsələlərində səlahiyyətli olmalıdır.

Bu sahənin gələcəyi

Bu ixtisas üzrə maaşlar

Çalışılan qurumlardan asılı olaraq aylıq maaş 400 – 1000 AZN arasında dəyişir.

Tez-tez verilən suallar

Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üzrə keçid balları 191,1 ilə 295,2 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 295,2 baldır.

Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası hansı universitetlərdə var?

Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası 5 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Naxçıvan Dövlət Universiteti.

Yerquruluşu və daşınmaz əmlakın kadastrı hansı qrupa aiddir?

Yerquruluşu və daşınmaz əmlakın kadastrı 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasına ən aşağı keçid balı 191,1 olub. Ödənişli yerlər 5 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂