Balını yoxla

Nəqliyyat mühəndisliyi

Nəqliyyat mühəndisliyi ixtisası 6 universitetdə 6 proqram üzrə tədris olunur. 2025 keçid balları: 200 – 307,1 bal.

6universitet
307,1ən yüksək keçid
200ən aşağı keçid
5dövlət sifarişli proqram

Nəqliyyat mühəndisliyi — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Mingəçevir Dövlət Universiteti
Əyani · 149259
Əyani 307,1 200
Naxçıvan Dövlət Universiteti
Əyani · 142284
Əyani 242,7 200
Bakı Mühəndislik Universiteti
Əyani · 128474
Əyani 233,9 200
Azərbaycan Texniki Universiteti
Əyani · 116453
Əyani 231,3 200
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Əyani · 118398
Əyani 213,7 200
Azərbaycan Texnologiya Universiteti
Əyani · 147258
Əyani 200

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Nəqliyyat mühəndisliyi ixtisası haqqında

İxtisasın təsviri

Nəqliyyat mühəndisi insanlardan əlavə, yük və xidmətlərin başlanğıc nöqtəsindən bitiş nöqtəsinə çatdırılması üçün lazım olan bütün işləri həyata keçirən şəxsdir. Logistika sahəsi ilə birlikdə çalışan nəqliyyat mühəndisliyinin əsas vəzifəsi insanların və yüklərin bir yerdən başqa bir yerə ən uyğun maliyyə xərci ilə, sürətli və təhlükəsiz şəraitdə çatdırılmasını təmin etməkdir. Layihələndirmə, dizayn, baxım və bərpa kimi müxtəlif kateqoriyalı işlərdən məsul ola bilərlər.

İxtisasın tarixi

Hələ qədim dövrlərdən insan sivilizasiyalarının yaranması mal mübadiləsinin, ticarətin, insanlar arasında əlaqənin yaranmasını zəruri edirdi və nəqliyyat da elə məhz bu zərurət səbəbilə yaranmışdır. İnsanlıq tarixi boyunca nəqliyyatın inkişafı hər dəfə yeni bir ixtiranın edilməsi ilə inkişaf etmiş, hər dəfə daha yaxşı nəqliyyat sistemlərinin və vasitələrinin yaranması özündən öncəkinin meydandan çıxmasına və nəqliyyat strukturunun dəyişməsinə gətirib çıxarmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • Nəqliyyat sistemlərinin tikintisi və yenidən qurulması üçün lazım olan layihələrinin hazırlanması
  • Layihənin təhlükəsizlik standartlarına uyğun olmasına nəzarət etmək
  • Yolların tikintisi üçün lazımi materiallar və texnologiyalar seçmək
  • Obyektin texniki vəziyyətini yoxlanılması üçün vacib tədbirləri həyata keçirmək
  • Obyektlərin montaj və yenidən qurulmasını həyata keçirmək
  • Etibarlılıq, sürətlilik və ekonomiklik kimi amillərdən əlavə yaradılmış nəqliyyatın ətraf mühitə uyğun olmasını yoxlamaq

Harada bu ixtisasa sahiblənmək olar?

→ Azərbaycan Texniki Universiteti
→ Azərbaycan Memarlıq və İnşaat Universiteti
→ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
→ Naxçıvan Dövlət Universiteti
→ Mingəçevir Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  • Azərbaycan Dövlət Dəmiryolları ASC
  • Yerli icra hakimiyyəti orqanları
  • Özəl tikinti şirkətləri və s. yerlərdə çalışa bilərlər

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • İxtisas bilikləri
  • Detallara qarşı diqqətli olmaq
  • Rəsmxət bacarıqları
  • GPS proqramları bilikləri
  • AutoCad bilikləri
  • Riyazi biliklər və s.

İxtisasın gələcəyi

Nəqliyyat sahəsi günümüzdə ayrıca mühəndislik sənayesi halına gəlməkdədir. Bu səbəblə nəqliyyat sektorunda müşahidə olunan bu irəliləyişlər eyni zamanda əmək bazarında nəqliyyat mühəndislərinə olan tələbatı daha da artırmaqdadır və bu artımın önümüzdəki illərdə də davam etməsi gözlənilir.

Əmək haqqı

İxtisas üzrə maaşlar mütəxəssislərin bilik-bacarıqlarından, təcrübəsindən və işlədiyi müəssisədən asılı olaraq 550–2500 AZN arasında dəyişməkdədir.

Tez-tez verilən suallar

Nəqliyyat mühəndisliyi ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Nəqliyyat mühəndisliyi ixtisası üzrə keçid balları 200 ilə 307,1 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 307,1 baldır.

Nəqliyyat mühəndisliyi ixtisası hansı universitetlərdə var?

Nəqliyyat mühəndisliyi ixtisası 6 universitetdə tədris olunur: Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti.

Nəqliyyat mühəndisliyi hansı qrupa aiddir?

Nəqliyyat mühəndisliyi 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Nəqliyyat mühəndisliyi ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Nəqliyyat mühəndisliyi ixtisasına ən aşağı keçid balı 200 olub. Ödənişli yerlər 6 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂