Balını yoxla
I qrup · Texniki Qiyabi də var

Torpaqşünaslıq və aqrokimya

Torpaqşünaslıq və aqrokimya ixtisası 5 universitetdə 9 proqram üzrə tədris olunur. 2025 keçid balları: 190,4 – 270,5 bal.

5universitet
270,5ən yüksək keçid
190,4ən aşağı keçid
9dövlət sifarişli proqram

Torpaqşünaslıq və aqrokimya — universitetlər və keçid balları 2025

UniversitetFormaDövlətÖdənişliSənin balınla
Bakı Dövlət Universiteti
Əyani · 111447
Əyani 270,5 270,5
Azərbaycan Kooperasiya Universiteti
Əyani · 154159
Əyani 236,1 236,1
Azərbaycan Dövlət Aqrar Universiteti
Qiyabi · 144374
Qiyabi 215,3
Azərbaycan Dövlət Aqrar Universitetitədris ingilis dilində
Əyani · 144399
Əyani 204,1
Naxçıvan Dövlət Universiteti
Əyani · 142316
Əyani 202,3
Azərbaycan Dövlət Aqrar Universiteti
Əyani · 144366
Əyani 200,9
Lənkəran Dövlət Universiteti
Əyani · 151275
Əyani 199,6
Lənkəran Dövlət Universiteti
Qiyabi · 151283
Qiyabi 194,6
Azərbaycan Dövlət Aqrar Universitetitədris türk dilində
Əyani · 144358
Əyani 190,4

Mənbə: DİM, 2025 qəbul nəticələri. «—» həmin əsasda yer olmadığını bildirir.

Torpaqşünaslıq və aqrokimya ixtisası haqqında

İxtisasın qısa təsviri

Torpaqşünaslıq və aqrokimya ixtisası bir – birinə yaxın olan 2 ixtisasın birləşməsidir. II kursdan sonra tələbələr öz istəklərinə uyğun olaraq bölünürlər. Onların hər birinin qısa təsvirinə nəzər salaq:

  • Torpaqşünaslıq – Torpaqşünaslıq torpağı xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq və akkumulyasiya (cəmlənməsi) edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir. Tоrpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı (genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (tоrpаq coğrafiyası) qarşılıqlı əlaqədə olan bütöv məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim.
  • Aqrokimya – Aqrokimya kənd təsərrüfatı bitkilərinin qidalanması prosesində bitki, torpaq və gübrə arasındakı qarşılıqlı əlaqələri öyrənən elmdir. Aqrokimya fənninin görkəmli nümayəndəsi olan Dmitri Nikolayevic Pryanişnikovun təyininə görə həmin fənnin başlıca vəzifəsi əkinçilikdə maddələrin dövriyyəsini öyrənmək, torpaq və bitkidə əmələ gələn kimyəvi proseslərə təsir tədbirlərini aşkar etməkdən ibarətdir ki, bunlar vasitəsi ilə bitkilərin məhsulunu yüksəltmək və ya onun tərkibini dəyişdirmək olar. Maddələrin bu dövriyyəsinə insanların müdaxiləsində əsas vasitə gübrələr hesab olunur.Biologiya ilə maraqlananlar üçün uyğun sahədir.

Peşənin tarixi

Torpaqşünaslıq bir elm (təlim) kimi XIX əsrin sonlarında tanınmış rus alimləri Vasili Dokuçayev və Pavel Kostıçyevin əməyi nəticəsində Rusiyada yaranmışdır. 1836-cı ildən başlayaraq kənd təsərrüfatı bitkilərinin, gübrələrin aqrokimyəvi analizini aparmışdır. İlk dəfə ölkəmizdə tədrisi isə 1919 – cu ildən başlamışdır.

İş öhdəlikləri

Torpaqşünaslıq

  • Torpağın parametrlərinin dəyərləndirilməsi,
  • Torpaqda gedən proseslərə bələd olmaq,
  • Torpağın münbitliyinin formalaşması,
  • Torpağın məhsuldarlığının artırılması,
  • Torpağın inkişafına təsir edən mənfi amilləri təyin etmək və aradan qaldırılması yollarını müəyyən etmək,
  • Torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyini analiz etmək.

Aqrokimya

  • Kənd Təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəkdilməsi,
  • Məhsulun keyfiyətinin artırılması,
  • Torpaqda və bitkilərdə gedən səmərəli dəyişkənliyi tədqiq etmək və ona uyğun həll yolunun tapılması,
  • Bitkilərin qidalanma qanunauyğunluqlarının müəyyən edilməsi,
  • Torpaq münbitliyinin kimyasının analizi,
  • Əkinçilikdə qida maddələrinin dövriyyəsi,
  • Gübrələrin səmərəli tətbiq edilməsi,
  • Bitkilərin ziyanverici və xəstəliklərdən kimyəvi üsullarla mühafizə edilməsi.

Harada bu ixtisasa sahiblənmək olar

  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Bakı Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar

Torpaqşünaslıq

  • Torpaq analizi laboratoriyaları
  • Əmlak Məsələləri Dövlət Komitəsi
  • Kənd Bələdiyyələri
  • Daşınmaz əmlak müəsisələri
  • Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
  • Xəritəçəkmə üzrə

Aqrokimya

  • Aqronomluq üzrə
  • Aqrokimya laboratoriyası
  • Əkinçilik Elmi Tədqiqat İnstitutu

Hər ikisinə aid iş yerləri

  • Kənd Təsərrüfatı Nazirliyi
  • Qida Təhlükəsizliyi İnstitutu
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bu ixtisas üzrə lazım olan bacarıqlar

Bu ixtisas üzrə xüsusi bacarıqlara ehtiyac yoxdur. Zəruri təməl kompetensiyalar isə bunlardır

  • Məsuliyyətli olmaq;
  • Analitik düşüncə;
  • Məntiqi təfəkkür;
  • Komanda ilə işləmə bacarığı;
  • Təşkilatçılıq bacarıqları;
  • Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • Detallara diqqət yetirməyi bacarmaq;
  • Daim öyrənmək bacarığı;
  • Müşaidə bacarığı;
  • Fiziki dözümlülük;
  • Stressə dözümlülük;
  • Punktuallıq;
  • Dəqiqlik;

Bu sahənin gələcəyi

Torpaq tükənməyən resursdur. Bu baxımdan onun öyrənilməsi və dəyişikliklərin tədqiq edilməsi zəruridir. Qeyri – neft sənayesinin bütün sahələrinin əsas resurslarından olan torpaq bütün dövrlər üçün aktual və əhəmiyyətli məsələdir.

Bu ixtisas üzrə maaşlar

Torpaqşünaslıq

  • Dövlət müəsisələrində – 350 – 600 AZN
  • Özəl müəssisələrdə – 500 – 1500 AZN

Aqrokimya

  • Dövlət müəsisələrində – 300 – 500 AZN
  • Özəl müəssisələrdə – 300 – 2500 AZN

Tez-tez verilən suallar

Torpaqşünaslıq və aqrokimya ixtisasının keçid balı neçədir?

2025-ci il qəbulunda Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə keçid balları 190,4 ilə 270,5 bal arasında olub. Dövlət sifarişli yerlərdə ən yüksək keçid balı 270,5 baldır.

Torpaqşünaslıq və aqrokimya ixtisası hansı universitetlərdə var?

Torpaqşünaslıq və aqrokimya ixtisası 5 universitetdə tədris olunur: Bakı Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti.

Torpaqşünaslıq və aqrokimya hansı qrupa aiddir?

Torpaqşünaslıq və aqrokimya 1-ci qrup (Texniki və təbiət elmləri) ixtisaslarına daxildir. İmtahan fənləri: Riyaziyyat ×1,5, Fizika ×1,5, Kimya / İnformatika ×1.

Ödənişli əsasda Torpaqşünaslıq və aqrokimya ixtisasına neçə balla qəbul olmaq olar?

2025-ci ildə ödənişli əsasda Torpaqşünaslıq və aqrokimya ixtisasına ən aşağı keçid balı 236,1 olub. Ödənişli yerlər 2 proqramda mövcuddur.

🤖 Xalxın uşağıonlayn · Aİ məsləhətçi
🔧 Aİ məsləhətçi hazırlanır

Bu funksiya hələ hazırlanma mərhələsindədir, ona görə hələlik istifadə edə bilməzsən. Tezliklə istifadəyə veriləcək 🙂